Məhkəmə qərarları › İş №2(069)-195/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-195/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-195/2023 26.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş Aygün və xx.xx.2008-ci il tarixdə doğulmuş Teymur adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla, ailə qurmuş, birgə nikahdan 17 yanvar 2005-ci ildə Fatimə, 25 iyun 2006-cı ildə Aygün və 24 dekabr 2008-ci ildə isə Teymur adlı üç uşağları doğulmuşdur. Belə ki, cavabdeh ailəsi və uşaqları ilə maraqlanmamış, onların təlabatlarını ödəməmişdir. Övladları Fatimə yetkinlik yaşına çatmış, digər uşaqlarına yaxınlarının maddi yardımı ilə baxır. Özü heç bir yerdə işləmir və uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu da uşaqlarının normal inkişafına və onların problemlərinin həllinə maneçilik törədir. Cavabdeh uşaqlarına baxmadığına görə o, məcbur olub, aliment tələbi ilə məhkəməyə müraciyət etmişdir. Ona görə də, Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş Aygün və xx.xx.2008-ci il tarixdə doğulmuş Teymur adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, İddiaçı ona qarşı «aliment» tələbinə dair iddiasını qismən qəbul edir. Belə ki, o, təqaüdçüdür və hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment ödəyə bilər. Qeyd etdiklərini nəzərə alıb, iddianı qismən yəni hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 dekabr 2004-cü il tarixli, AZ-İ seriyalı 083494 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmış və 426 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Beyləqan rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı 564894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Beyləqan rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı 802495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı 222075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan SƏYYAR ASAN9 tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 347 nömrəli arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi müvəqqəti olaraq Mingəçevir şəhəri, Y.Muradov küçəsi ev 60, mənzil 2-də yaşayır. İş materialında olan Azərbaycan Respublikası Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsinin 09 avqust 2023-cü il tarixli, 405 nömrəli arayışından görünür ki, Əliyev X6 rayonu 556 ailəlik məcburi köçkün qəsəbəsi bina 8, mənzil 46-da müvəqqəti məskunlaşıb yaşayır. İş materialında olan AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1970-ci ildə doğulmuşdur. İş materialında olan AA seryalı, 351584 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünr ki, Cavabdeh 1992-ci ildə Laçın rayonundan məcbüri köçkündür. İş materiallarında olan X5 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞM/MT031/2023-00740 nömrəli arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı X2 iştirak etmiş və 50 manat İMS xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə görə, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-78.2-ci maddələrinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına catmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, uşaqların saxlanması ücün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanuna əsasən 2023-cü il üçün yaşayış minumu uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Xocavənd Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində rüsum İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində rüsum İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar