Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-275/2025 10.12.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadına əsasən, Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 nömrəli qətnaməsinə əsasən, müəyyən edilmiş aliment indeksasiya olunmuş, 24 oktyabr 2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Yəni hazırda ondan tutulan alimentin miqdarı hər uşağa görə 276 manat təşkil edir. Belə ki, başın açıq yaralanmasının nəticələri, açıq kəlləbeyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyyəsində kəskin epidural hematoması, baş beyinin sıxılması, sağ gicgah sümüyünün kəllə əsasına keçən çoxxətti sınıqları, sağ gicgah nahiyyəsində yumşaq toxumaların əzilməsi, dislakasion sindrom, sağ tərəfli otoreya diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlildir. Cavabdeh ilə aralarındakı nikah pozulduqdan sonra o, X9 ilə xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Halhazırda iş qabiliyyəti yoxdur, təsadüfi qazancla dolanır, arvadı heç yerdə işləmir və xəstə anası himayəsindədir. Qanunun tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulması imperativ müddəa kimi göstərilsə də, qeyd olunan diqqətəlayiq hallar nəzərə alınmamışdır. Hesab edir ki, bir uşağın saxlanılması üçün məhkəmə qərardadı ilə müəyyən edilmiş hər uşağa görə 276 manat aliment həddindən artıq yüksəkdir. Göründüyü kimi ailənin yeganə qazanc gətirən şəxsidir, daimi iş yeri və başqa gəlirləri yoxdur. Mediasiya prosesində mübahisə ilə bağlı cavabdehlə razılıq əldə olmamışdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, lakin məhkəmə qərardadı ilə onun ödəməli olduğu aliment 276 manat miqdarında müəyyən edilmişdir. Bu səbəbdən də, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)- 133/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Çünki məhkəmə qəradadı ülə müəyyən edilmiş 276 manat miqdarında alimentin ödənilməsi qeyri-mümkündür, onun aldığı pensiya məbləği 180 manat təşkil edir. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında göstərmişdir ki, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Belə ki, övladları böyümüş, həmçinin təhsil alır və onların hazırlıq kursları ilə yanaşı digər xərcləri də artmışdır. Qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü cavabdeh İddiaçı qazancından hər ay hər uşağa 90 manat, cəmi 180 manat aliment iddiaçı X4 xeyrinə tutulmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 8(017)-133/2025 nömrəli qərardadından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X6r. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 578271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı başın açıq yaralanmasının nəticələri, açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyyəsinin kəskin epidural hematoması, baş beyinin sıxılması, sağ gicgah sümüyünün kəllə əsasına keçən çoxxətti sınıqları, sağ gicgah nahiyyəsində yumşaq toxumaların əzilməsi, dislokasion sindrom, sağ tərəfli otoreya diaqnozu ilə orqanizmin funksiyalarının 40 faiz pozulması ilə üçüncü dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Ağcabədi “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı 652743 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında nikah xx.xx.2025-ci ildə Ağcabədi “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və 116 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fəhradov, arvada Fəhradova soyadı verilmişdir. İş materiallarında olan X10 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047-00304 saylı arayışından görünür ki, ilkin X2 Mikayıl Vahid oğlu iştirak etmiş, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1985-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadına əsasən, Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bu isə faktiki olaraq 276 manat məbləğində müəyyənləşdirilmişdir (0,69 x 400 manat). Hazırda İddiaçı 3-cü qrup əlil olmaqla, 180 manat məbləğində pensiya alır, həmçinin işsiz statusundadır, rəsmi iş yeri və əmək haqqı mövcud deyildir. Eyni zamanda İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulduqdan sonra Fəhradov X8 İradə Semur qızı ilə 04 fevral 2025-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşdur. Bu isə məhkəmə qərarından sonra iddiaçının maddi vəziyyətində əsaslı dəyişikliyin olduğuna əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(017)-2035/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-133/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-275/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-275/2025
10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver