Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-108/2023 12.05.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqlarının saxlanılması üçün hər uşağa 200 manat olmaqla cəmi 600 manat alimentin alınaraq ona verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, cavabdehlə 26 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 30 aprel 2010-cu il təvəllüdlü X5, 15 aprel 2013-cü il təvəllüdlü X6 və 26 sentyabr 2016-cı il təvəllüdlü X2 adlı 3 övladları doğulmuşdur. Ailədaxili münaqişə zəminində 25 iyul 2018-ci il tarixdə ailələri dağılmış və məhkəmənin qərarı ilə hər üç uşaqları onun himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə hər uşağa 80 manat olmaqla cəmi 240 manat aliment hesablanmışdır. Hazırda övladları böyüdükləri üçün xərcləri artmışdır. Övladlarının hər biri sinif əlaçısıdır. Bir uşağın saxlanılması üçün 220 manat aliment miqdarı qərarı qəbul edildiyinə görə aliment miqdarı artırılmalıdır. Cavabdeh Bakı şəhərində sahibkar kimi fəaliyyət göstərir və maddi vəziyyəti yaxşıdır, özü isə gözəllik salonunda işləyir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir, lakin o, məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, bunun üzrlü səbəbləri barədə hər hansı əsaslandırılmış sübut təqdim etməmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(102)-5105/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamə ilə 30 aprel 2010-cu il təvəllüdlü X3, 15 aprel 2013-cü il təvəllüdlü X4 və 26 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə 1 saylı Mediasiya təşkilatının 21 fevral 2023-cü il tarixli, MŞG/1/MT007/2023 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların diqqətəlayiq mənafeyini, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Lakin, iddiaçı, cavabdehdən tutulacaq alimentin miqdarının hər bir uşaq üçün 200 manat müəyyən edilməsini xahiş etsə də, cavabdehin həmin məbləği ödəməyi maddi imkanının olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Mediasiya üçün ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 aprel 2010-cu il təvəllüdlü X3, 15 aprel 2013-cü il təvəllüdlü X4 və 26 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-1106/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-108/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-108/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver