Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-163/2025 10.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün indeksasiya qaydasında ondan minimum əmək haqqının 0,86 misli həddində tutulan aliment miqdarının azaldılaraq sabit pul məbləğində 200 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 24 aprel 2012-ci il təvəllüdlü X4 ananın himayəsində saxlanılmış və 24 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sonralar Ağdam Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(013)-1652/2017 nömrəli qətnaməsinə əsasən 24 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 04 aprel 2017ci il tarixli, 2(013)-1652/2017 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulub ona verilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və xx.xx.2025-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər ay hər uşağa görə 0,86 misli həddində müəyyən edilmişdir. Hesab edir ki, həmin alimentin miqdarı azaldılmalıdır. Belə ki, həmin ərizəyə əlavə edilmiş 16 aprel 2025-ci il tarixli, 01/230 nömrəli arayışdan göründüyü kimi o, həqiqətən 2023-2024-cü il tədris ilinin yanvar ayının 19-da məktəbdəki işindən xaric olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş 25 fevral 2025-ci il tarixli, 14152916 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan göründüyü kimi o, “üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə dispanser müşahidəsində olmaqla mütəmadi müalicə alır və xəstəliyinə görə ona dövlət tərəfindən 640 manat pensiya təyin edilmişdir. O, məcburi köçkün olmaqla heç bir yerdə işləmir. Başqa gəlirləri və qazancı yoxdur. Yalnız dövlət tərəfindən məcburi köçkünlər üçün verilmiş yemək pulu xərci ilə dolanır. Bildirir ki, cavabdehlə birgə nikah dövründə olarkən 2200 manat məbləğində kredit, “Soliton”dan, “KontaktHome”dan və “Falcon Finance”dən müxtəlif əşyalar götürmüş və həmin pulu hər ay o ödəyir. X3 xx.xx.2025-ci il tarixli, MŞA/MT048/2025-00025 nömrəli arayışından görünür ki, Cavabdeh mübahisənin həll edilməsi üçün mediasiya sessiyasında iştirak etmək üçün gəlməkdən imtina etmişdir. Belə olan halda aliment tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün indeksləşmə qaydasında minimum əmək haqqının 0,86 misli həddində təyin edilmiş alimentin miqdarı azaldılaraq 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehlə 2015-ci ildə ayrılmışdır. Bundan sonra onlar arasında bir neçə dəfə barışıq olmuş və o, cavabdehlə birgə yaşamışdır. Belə ki, nikahlarının pozulmasına baxmayaraq 2017-2019-cu illərdə, həmçinin 2022- 2024-cü illərdə onlar bir ailə kimi cavabdehlə birgə yaşamışlar. Həmin dövrlərdə isə ailənin bütün ehtiyaclarını o qarşılamışdır. Ayrı yaşadıqları vaxtlarda da alimenti vaxtında ödəmişdir. Lakin məbləğ indeksləşdirildikdən sonra alimentin məbləği 100 manatdan 344 manata qalxmışdır ki, həmin məbləği ödəmək onun üçün çətindir. Belə ki, o, İİ qrup əlildir və buna görə 683 manat pensiya alır. Onun başqa qazancı yoxdur. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin azaldılmasını istəmir. Çünki uşağın saxlanılma xərcləri həddən artıq yüksəkdir. İddiaçının pensiyadan əlavə gəlirləri də var. İddiaçı təsərrüfatla məşğuldur, həmçinin əlavə işlər də görərək gəlir əldə edir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, nikahları pozulduqdan sonra aralarında barışıq olduğu üçün həqiqətən də bir müddət iddiaçı ilə birgə yaşamışdır. Həmin müddətdə iddiaçı alimenti ödəməsə də, qalan vaxtlarda alimenti 100 manat olaraq ödəmişdir. Bir müddət, yəni 2024cü ilin sentyabr-noyabr ayları ərzində iddiaçı alimenti ödəmədiyindən o, şikayət etmiş və bundan sonra aliment iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı əlavə gəlirlərinin olmasına dair hər hansı sübutu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-1652/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 24 aprel 2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 100 (bir yüz) manat miqdarında alimentin 06 mart 2017-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-1652/2017 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulub Cavabdeh verilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və xx.xx.2025-ci ildən hesablanmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər ay hər uşağa görə 0,86 misli həddində müəyyən edilmişdir (Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli yanlışlığın düzəldilməsi barədə qərardadı nəzərə alınmaqla); Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayonu Alıbəyli-2 qəsəbə tam orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/230 nömrəli arayışdan görünür ki, İddiaçı 2023-2024-cü tədris ilinin yanvar ayının 19-da məktəbdəki işindən xaric olunmuşdur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı İİ qrup əlildir və 683,79 manat pensiya alır; Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 243283 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 2017-ci ildə məhkəmə qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, daha sonra, yəni 2025-ci ildə müvafiq qərardadla həmin məbləğ indeksləşdirilərək hər ay minimum əmək haqqının 0,86 misli həddində müəyyən edilmişdir. Hazırda iddiaçı ölkə üzrə 2025-ci il ərzində minimum əmək haqqının 400 manat olmasını, buna uyğun olaraq hər ay 344 manat məbləğində aliment ödəməli olduğunu, buna maddi imkanının olmamasını əsas gətirərək həmin məbləğin azaldılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarına əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında qeyd etmişdir ki, ailə qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-3-cü bəndinə müvafiq olaraq alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir; 8.13-cü bəndinə müvafiq olaraq alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə müvafiq olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş, bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Məhkəmə qeyd edir ki, qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Hazırki iş üzrə nəzərə alınmalıdır ki, iddiaçı 683,79 manat pensiya alır və onun başqa gəlirlərinin olmasına dair hər hansı sübut yoxdur. Həmçinin iddiaçı 2024-cü ilin yanvar ayından etibarən Ağdam rayonu Alıbəyli-2 qəsəbə tam orta məktəbindəki işindən azad olunmuşdur. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Bu zaman məhkəmə iddiaçının sağlamlıq vəziyyətinin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, iddiaçı İİ qrup əlildir, üzvi mənşəli şəxsiyyət pozğunluğu xəstəliyindən əziyyət çəkir (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarış). Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 2017-ci ildə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. 2017-2019, 2022-2024-cü illərdə tərəflər birgə yaşamış və uşağın da təminatını qarşılamışlar. Daha sonra müəyyən olunmuş aliment məbləği minimum əmək haqqına uyğun indeksləşdirilmişdir və hazırki halda bu məbləğ 344 manat təşkil edir. Nəzərə alınmalıdır ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini minimum əmək haqqı məbləğinin 0,86 misli həddində müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, yəni azaldılmasıdır. Lakin hazrki halda iddiaçının tələbinin tam təmin edilməsi, yəni uşağın saxlanılması üçün aliment məbləğinin azaldılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi mümkün deyildir. Məhkəmə bu halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarındakı mövqeyini, həmçinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər saxlanılmasını nəzərə alır və hesab edir ki, iddia qismən təmin edilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(013)-45/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-163/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-163/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver