Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-175/2023 21.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixdə anadan olmuş Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh onu evlənmək məqsədi ilə 18 iyul 2021-ci il tarixdə qaçırmışdır. Bir müddət sonra toyları olmuşdur. Lakin, nikahları rəsmi qaydada qeyd edilməmişdir. Birgə nikah dövründə xx.xx.2022-ci il tarixdə Ələkbərova Hicran Orxan qızı adlı bir uşaqları doğulmuşdur. Uşağın atalığı təsdiq edilmişdir. Hazırda cavabdehlə ayrı-ayrılıqda yaşayırlar. Cavabdeh uşağına baxmır, ona heç bir maddi yardım göstərmir. Uşaq hazırda onun himayəsindədir. Özü heç bir yerdə işləmir və uşağı tək saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh hal-hazırda işləyir. Hər ay uşağın yetkinlik yaşına çatana kimi 220 manat aliment verməyə imkanı çatır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etdiyini bildirərək, məhkəməyə ərizə təqdim edib iddia ərizəsində göstərilən məbləğlə razı olduğunu və hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasına etirazı yoxdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 07 oktyabr 2022-ci il tarixdə anadan olmuş Ələkbərova Hicran Orxan qızının atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ələkbərova Hicran Orxan qızı 07 oktyabr 2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçı kimi qeyd edilmişdir. X1 1 saylı Mediasiya təşkilatının 01 may 2023-cü il tarixli, MŞG/MT/032-2023-00364 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflərə ilkin mediasiya sessiyasının tarixi, saatı, yeri barədə rəsmi (poçt) və telefon vasitəsi ilə xəbər verməklə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə müəyyən edilmədiyindən, habelə yetkinlik yaşına çatmayan uşağın diqqətəlayiq mənafeyi nəzərə alınaraq iddia təmin edilməli, onların birgə nikahından olan xx.xx.2022-ci il tarixdə anadan olmuş Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mediasiya üçün ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə təvəllüdlü Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 18 may 2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-175/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-175/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver