Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-105/2023 09.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından doğulmuş övladı - xx.xx.2021-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar uşaq 3 yaşına çatana kimi cavabdehdən hər ay əlavə olaraq 150 manat sabit pul məbləğində əlavə xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx.xx.2021-ci il təvəllüdlü X4 adlı bir uşağı doğulmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehin ödədiyi 150 manat aliment uşağın maddi tələbatına hal-hazırda çatmır. Uşaq xəstə doğulmuşdur və hazırda da xəstəlikdən əziyyət çəkir. Odur ki, o, cavabdehə qarşı əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyri-müəyyənlik olduğundan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, o, keçmiş arvad kimi Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün aliment tutulmasını istəmişdir. Odur ki, iddianın təmin edilərək, cavabdehlə birgə nikahdan doğulmuş övladları X3 3 yaşına çatana kimi cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş məzmunda verilmiş iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2021-ci il təvəllüdlü X1 xəstəliyi keçirmişdir. O, uşağa baxdığı üçün işləyə bilmir. Odur ki, uşaq 3 yaşına çatana kimi analıq haqqı kimi cavabdehdən əlavə olaraq 150 manat aliment tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla iddiaçının nikahına məhkəmənin qətnaməsi ilə xitam verilmiş, birgə nikahdan doğulmuş Cavidan Yusifov iddiaçının yanında saxlanılmış, uşağın saxlanılması üçün ondan hər ay 150 manat alimentin tutulması qət edilmişdir. O, hazırda “X5” MMC-də fəhlə işləməklə ayda 289 manat əmək haqqı alır və həmin qazancın 150 manat hissəsini hər ay iddiaçıya uşağın saxlanılması üçün aliment kimi ödəyir. Onun başqa iş yeri və qazancı yoxdur. Əmək haqqının qalan hissəsi isə heç öz ehtiyaclarını ödəməyə çatmır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İV 618394 nömrəli doğum haqqında şahadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 adında bir uşaqları doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 864/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-ci ildə 2102 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Hacıqabul rayon X2 Poliklinka şöbəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 331 nömrəli tibbi arayışdan müəyyən edilir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon X2 Poliklinka şöbəsində müayinə olunmuş və həkim nevroloq R.Hümbətova tərəfindən uşağa sinir-reflektor oyanıqlığının artması diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X5” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, “X5”-nin işçisi olan Cavabdeh əmək haqqı 315 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, vergilər və digər zəruri ödəmələr çıxıldıqdan sonra Cavabdeh bank hesabına hər ay 289,63 manat vəsait mədaxil olunur. İddia ərizədində iddiaçı bir tərəfdən Ailə Məcəlləsinin 81-ci maddəsinə isnad etməklə uşağın xəstəlikdən əziyyət çəkməsini və müalicəyə ehtiyacının olmasını, digər tərəfdən isə Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə isnad etməklə keçmiş arvad kimi cavabdehdən aliment tələb etməsini bildirdiyindən, məhkəmə iclasında həmin qeyri-müəyyənliyin aradan qaldırılması üçün iddiaçıdan 150 manat alimentin cavabdehdən hansı əsasla istədiyi öyrənilmiş və iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, eyni zamanda izahat verərək uşağı xəstə olduğundan ona baxmaq məcburiyyətində olduğunu, bu səbəbdən keçmiş arvad kimi uşağın 3 yaşı tamam olana qədər cavabdehdən hər ay 150 manat alimentin tutulmasını tələb etdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X5” MMCdə işləməklə hər ay 315 manat əmək haqqı alır və vergilər və digər zəruri ödəmələr çıxıldıqdan sonra onun bank hesabına hər ay 289,63 manat vəsait mədaxil olunur. Cavabdeh isə həmin məbləğin 150 manat hissəsini hər ay uşağın saxlanılması üçün sabit pul məbləğində aliment şəklində iddiaçıya ödəyir. Cavabdehin başqa iş yeri və gəlirlərinin olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən uşağın 3 yaşına çatana kimi əlavə olaraq 150 manat aliment ödənilməsini tələb edir. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmiş, iddiaçı bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(071)-105/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-105/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver