Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1067/2025 25.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, ikinci tələb üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı “aliment” və ikinci tələb üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələblərinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 246 manat olmaqla ümumilikdə 738 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci tələb üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul rayon Qeydiyyat Şöbəsində 399 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli İddiaçı və Cavabdeh arasında olan 4AZ-İ 813212 saylı nikah aktının pozulması, cavabdeh İddiaçı ilə birgə nikahdan anadan olmuş X4, doğum tarixi xx.xx.2013, X2, doğum tarixi xx.xx.2014, X5, doğum tarixi xx.xx.2018 iddiaçı Cavabdeh yanında saxlanılması və məhkəmə uşaqların cavadehin yanında qalması barədə qətnamə qəbul edərsə, Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat aliment tutularaq cavabdeh İddiaçı xeyrinə, X4, doğum tarixi xx.xx.2013. X2, doğum tarixi xx.xx.2014. X5, doğum tarixi xx.xx.2018 saxlanılmasına görə ümumilikdə 600 (altı yüz) manat aliment Cavabdeh tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 2(071)-1158/2025 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi və sair” tələbinə dair 2(071)-1158/2025 saylı mülki iş, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(071)- 1067/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və mülki işə 2(071)- 1067/2025 saylı nömrə ilə baxılması qərara alınmışdır. İkinci tələb üzrə iddiaçı Cavabdeh xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışdığı üçün mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ikinci tələb üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, Hazırda mülki işin baxılmamış saxlanılmasına etirazı yoxdur. Birinci tələb üzrə İddiaçı xx.xx.2026-cı il tarixdə teleqramla məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı “aliment” və ikinci tələb üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1067/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1067/2025
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver