Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1121/2025 06.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdehnə qarşı “etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında ona hesablanmış inzibati xəta haqqında cərimə məbləğlərinin silinməsi və ona vurulmuş mənəvi zərərə görə pul təzminatı” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında ona hesablanmış inzibati xəta haqqında cərimə məbləğlərinin silinməsi və ona vurulmuş mənəvi zərərə görə pul təzminatı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iştirakı olmadan verilmiş yol vərəqəsi formasında etibarnamənin etibarsız hesab edilməsi, adına yazılmış 6 cərimənin və 19 cəza balının ləğv edilməsi, Cavabdeh MMC-dən 20.000 (iyirmi min) manat məbləğində mənəvi təzminatın tutulması və məhkəmə xərclərinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, eyni zamanda ərizəçi tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumundan azad olunmasının hallarına istinad edilməmiş və bu barədə sübutlar ərizəyə əlavə edilməmişdir Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, hazırkı ərizənin məzmunundan müəyyən edilir ki, ərizəçiyə nəqliyyat vasitəsinin idarə edilməsi ilə etibarnamə verilmiş və həmin etibarnamə əsasında onun iştirakı olmadan yol təhlükəsizlik qaydaları əleyhinə xəta törədilmiş, ona isə həmin xəta ilə bağlı inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda ərizəçinin mahiyyət etibarı ilə müraciəti məhz həmin cərimələrin və xəta ilə bağlı hesablanmış balın silinməsi ilə bağlıdır. Məhkəmə izah edir ki, qeyd olunan faktla bağlı mülki mühakimə icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət ərizəsi əsasında məsələyə məhkəmə tərəfindən baxılması mümkündür. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 149-152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında ona hesablanmış inzibati xəta haqqında cərimə məbləğlərinin silinməsi və ona vurulmuş mənəvi zərərə görə pul təzminatı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-1121/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1121/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver