Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-113/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə qızının, Cavabdeh İbrahim oğlunun iştirakları ilə, İddiaçı cavadeh Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında 08 noyabr 2018-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 339 nömrəli akt qeydi ilə qeyd edilmiş nikahın pozulması, 15 iyun 2019-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq ona verilməsi, həmin uşağın və 02 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin və 02 oktyabr 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay onun xeyrinə 100 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Birlikdə yaşadıqları müddətdə aralarında həmişə söz-söhbət və narazılıqlar olmuşdur. Cavabdehin valideynlərinin ailə işlərinə müdaxilə etməsi nəticəsində ailə münasibətləri pozulmaq dərəcəsinə çatdı və o, xx.xx.2022-ci il tarixdən hamilə vəziyyətində evdən qovulmuşdur. Daha sonra ata evində xx.xx.2022-ci il tarixdə X7 adlı 2-ci uşağı doğulmuşdur. Bir ana kimi hesab edir ki, azyaşlı uşaqlarının cavabdeh olan atasından çox bir ana kimi onun qayğısıa ehtiyacları vardır. Cavabdeh 3 yaşlı uşağını ona verməməklə onu isti ana nəvazişindən, ana qayğısından uzaqda saxlayır. Belə yaşda uşaqların anaya daha çox ehtiyacı var. Bu səbəbdən də, o, azyaşlı oğlu Cəlalın da cavabdehdən alınaraq, ona verilməsinin, onun körpə qardaşı ilə bir yerdə böyüməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə son vaxtlar ailə münasibətləri daha da kəskinləşmişdir, teztez aralarında narazılıqlar olur və artıq birlikdə yaşamaları qeyri-mümkündür. Bu səbəbdən barışmaq üçün vaxt verilməsinə zərurət yoxdur. Bundan başqa, o, oğlu Cəlalın cavabdehdən alınıb ona verilməsini tələb edir. Çünki, Cəlalın dörd yaşı var və bu yaşda olan uşağın ana qayğısına daha çox ehtiyacı var. Həmçinin, o, uşaqlarının birlikdə böyüməsini istəyir. Bundan başqa, o, cavabdehdən uşaqların saxlanılması və oğlu Ümidin üç yaşı tamam olanadək özünün saxlanılması üçün aliment tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razıdır. Bunun müəyyən səbəbləri var, lakin açıqlamaq istəmir. Lakin, oğlu Cəlalın iddiaçıya verilməsinə etiraz edir. Belə ki, Cəlal hazırda onun yanında yaşayır və uşağın sağlam mühitdə böyüməsi üçün o, iddiaçının deyil, onun yanında qalmalıdır. Odur ki, iddianın yalnız nikahın pozulması hissəsində təmin edilməsini, qalan hissələrdə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında 22 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X2 nikahı 08 noyabr 2018-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 339 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2019-ci il tarixli, AZ- İV 303166 nömrəli, 02 oktyabr 2022-ci il tarixli, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 15 iyun 2019-ci il təvəllüdlü X6 və 02 oktyabr 2022-ci il təvəllüdlü X7 doğulmuşdur. Şəhadətnamələrdə uşaqların ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatlarından aydın oldu ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də məhkəmədən nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onları nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Tərəflər arasında nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 2019-cu il təvəllüdlü Cəlal adlı uşağın valideynlərindən hansının yanında saxlanılması ilə bağlı mübahisə olduğundan, məhkəmə mülki işin materiallarını uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən valideynlərin həyat şəraitini müayinə etməyə və uşağın hansı valideyninin yanında saxlanılmasının onun mənafeyinə uyğun olması barədə rəy verilməsi üçün qəyyumluq və himayəçilik komissiyasına göndərmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 23 yanvar 2023-cü il tarixli rəyinə əsasən Komissiya, valideynlərin həyat şəraitini müayinə etdikdən sonra belə nəticəyə gəlmişdir ki, azyaşlıların mənafeyi baxımından, yəni onların normal yaşayışının təmin edilməsi, müalicəsi, sağlam mühittə normal tərbiyə edilməsi kimi məsələləri hər iki valideynin imkanı daxilindədir və valideynlər arasında münasibətlərin pozulması hələ ki, sərt qarşıdurmalara gətirib çıxarmadığı üçün azyaşlıların hansı valideynin yanında qalacağı məsələsinin məhz valideynlərin özlərinin razılığına və azyaşlının hansı valideynə daha çox bağlı olmasına əsasən həll edilməsini məhkəmənin mülazəsinə buraxılmasını məqsədəmüvafiq hesab edilmişdir. Bundan başqa, 2019-cu il təvəllüdlü Cəlal adlı uşağın psixoloji cəhətdən valideynlərindən hansına daha çox bağlı olduğunun müəyyən edilməsi üçün məhkəmənin 20 fevral 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, lakin tədqiqat obyekti olan müayinə olunacaq uşaq X1 beş yaşı tamam olmadığından, onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsinin mümkün olmadığı qeyd edilərək, ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan vəziyyətdə, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş 2019-cu il təvəllüdlü Cəlal adlı uşağı öz təşəbbüsü ilə məhkəmə iclasında dinləmiş və uşaq bildirmişdir ki, həm atasını, həm anasını, həm də qardaşını çox istəyir. Bundan başqa, məhkəmə iclasında uşağın anası Leyla ilə yaxşı və mehriban münasibətinin olduğu müşahidə edilmişdir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların azyaşlı olmalarını, onların ana qayğısına daha çox ehtiyaclarının olmasını, uşaqların birlikdə böyümələrinin onların mənafeyinə daha uyğun olmasını nəzərə alaraq hesab edir ki, uşaqların hər ikisi nikah pozulduqdan sonra analarının (iddiaçının) yanında saxlanılmalıdırlar. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Cəlal adlı uşaq hazırda cavabdehin yanında yaşayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Odur ki, məhkəmə Ali Məhkəmənin tövsiyyəsini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-ci il təvəllüdlü Cəlal Şərifovun iddiaçının yanında saxlanılması müəyyən edildiyindən və hazırda uşaq cavabdehin yanında yaşadığından, uşaq cavabdehdən alınıb iddiaçıya verilməlidir. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentində atıcı vəzifəsində işləyir və 424 manat əmək haqqı alır. Məhkəmə, yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eləcə də iddiaçının da bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2022-ci il təvəllüdlü X7 hazırda anasının yanında yaşadığından ona münasibətdə alimentin tutulması müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən, xx.xx.2019-cu il təvəllüdlü X4 münasibətdə isə uşağın cavabdehdən alınıb iddiaçıya təhvil verildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, iddianın xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh "xxxx" QSC-də işləməklə hər ay 424 manat əmək haqqı alır. Hazırda isə cavabdehdən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması müəyyən edilmişdir. Cavabdehin başqa iş yeri və gəlirlərinin olması barədə sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən uşağın 3 yaşına çatana kimi əlavə olaraq 100 manat aliment ödənilməsini tələb edir. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmiş, iddiaçı bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 08 noyabr 2018-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 339 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 15 iyun 2019-ci il təvəllüdlü X6 və 02 oktyabr 2022-ci il təvəllüdlü X7 İddiaçı yanında saxlanılsın. 15 iyun 2019-ci il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 15 iyun 2019-ci il təvəllüdlü X6 və 02 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin hesablanması 02 oktyabr 2022-ci il təvəllüdlü X5 münasibətdə 24 noyabr 2022-ci il tarixdən, 15 iyun 2019-cu il təvəllüdlü X4 münasbitdə isə onun Cavabdeh alınaraq İddiaçı verildiyi vaxtdan hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi (X5 aid hissədə) dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(071)-113/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-113/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver