Məhkəmə qərarları › İş №2(071)-115/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-115/2022

27.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-115/2022 27.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh Xanbaba oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Xanbaba oğluna qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xanbaba oğluna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh övladı -19.02.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 02 may 2005-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 03.09.2006-cı il təvəllüdlü X7, 26.09.2012-ci il təvəllüdlü X8 və 26.12.2013-cü il təvəllüdlü X11 adında üç uşaqları doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli 2(071)-444/2018 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və azyaşlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat aliment cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Sonradan ailə münasibətləri yaxşılaşmış və 19.02.2021-ci il təvəllüdlü X9 bir qızı da doğulmuşdur. Atalığın müəyyən edilməsi barədə şəhadətnamə almışdır. Cavabdeh 19.02.2021-ci il təvəllüdlü Fatimənin yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır, uşaqları tək saxlamaq onun üçün çətindir, özü heç bir yerdə işləmir. O, aliment tələbi üçün Mediasiya Şurasına müraciət etmişdir. Aralarında bağlanan 17 noyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh hər ay 50 manat aliment ödəməyə razı olmuşdur. Cavabdeh razılaşdıqları aliment məbləğini bu günə kimi ödəmişdir. Odur ki, iddianın təmin edilməsini və aliment tutulmasının əvvəlinin 27.01.2022-ci ildən hesablanmasını xahiş edir. Cavabdeh Xanbaba oğlu məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladı 19.02.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 50 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Bu günə kimi razılaşdıqları alimenti ödəmişdir. Odur ki, iddianın təmin edilməsini və aliment tutulmasının əvvəlinin 27.01.2022-ci ildən hesablanmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 18.03.2021-ci il tarixli AZ-İV 544838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 19.02.2021-ci il təvəllüdlü X9 adlı övladı var. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən 18.03.2021-ci il tarixdə verilmiş AZ-İ 402453 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 19.02.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh Xanbaba oğlu hesab edilmişdir. Hacıqabul rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(071)-444/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 02 iyul 2005-ci il tarixdə 230 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 03.09.2006-cı il təvəllüdlü X7, 26.09.2012-ci il təvəllüdlü X8 və 26.12.2013-cü il təvəllüdlü X10 anaları İddiaçı himayəsində qalmaqla 27 iyun 2018-ci il tarixdən başlayaraq 03.09.2006-cı il təvəllüdlü X1, 26.09.2012-ci il təvəllüdlü X3 və 26.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X6 Əfsanə Əli qızı və Cavabdeh Xanbaba oğlu arasında bağlanmış 17.11.2021-ci il tarixli 2021-007337 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh Xanbaba oğlu birgə nikahdan doğulmuş övladı - 19.02.2021-ci il təvəllüdlü X5 hər ay 50 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmiş və hər ay 50 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh bu günə kimi razılaşdıqları alimenti iddiaçıya ödəmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 17.11.2021-ci il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - 19.02.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh Xanbaba oğlundan hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - 19.02.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh Xanbaba oğlundan hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar