Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1231/2024 25.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu - Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1991-ci ildə X5 ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından dörd uşaqları anadan olmuşdur. Həyat yoldaşı 1999-cu ildə vəfat etmişdir. Hal-hazırda özü heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır və səhhətində problemlər vardır. Oğlu - Cavabdeh 2013-cü ildən hərbiçi işləyir və ona heç bir maddi köməklik göstərmir. Halbuki, cavabdeh oğlu - Cavabdeh üzərində böyük maddi və mənəvi köməkliyi olmasına baxmayaraq, hal-hazırda maddi cəhətdən çox çətinlik çəkir və oğlu - Cavabdeh ona könüllü olaraq heç bir maddi köməklik göstərmir. İddiaçının qeyd etdiyinə görə, Cavabdeh hərbiçi olmaqla, 2000 manatdan yuxarı əmək haqqı alır və ona heç bir maddi köməklik göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirmişdir ki, heç bir yerdə işləmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirdi ki, iddianı qəbul etmir. Anasının onun yanında qalmasına istəyir. Aliment ödəməyə imkanı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubu ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı əmək fəaliyyətli olmaqla, iddiada qeyd etdiyi kimi rəsmi nikaha 1991-ci il tarixdə deyil, 1989-cu il tarixdə daxil olmuşdur. Eyni zamanda İddiaçı iddiada qeyd edib ki, həyat yoldaşı 1999-cu ildə vəfat edib. Halbuki, cavabdehin atası ilə əlaqəsi olmasa da, qeyd etmişdir ki, o sağ olmaqla hazırda Ukrayna Respublikasının Vişnovka şəhərində yaşayır. İş üzrə İddiaçı öz iddia tələbini sadəcə boş mülahizələrlə əsaslandırdığını və məhkəməyə heç bir sübut təqdim etmədiyini qeyd etmişdir. Bundan başqa İddiaçı o, övlad olaraq həmişə imkanı daxilində diqqət və qayğı göstərmişdir. Lakin İddiaçı bu münasibətdən sui-istifadə edərək ondan əlavə olaraq xeyli pul tələb etmişdir. Xəstə uşaqlarının müalicəsinə bankdan kredit götürdüyümü bildirdikdə, iddiaçı həmin pulları ondan tələb etmişdir. Uşaqlarının xəstəliyinin müalicəsi və müayinəsi üçün həmin pulları istifadə etdiyi üçün ona qarşı qərəzli münasibətə başlamışdır. Hazırda cavabdeh hərbiçi zabit olaraq ailəlidir və 3 uşağı var. Himayəsində xəstəlikdən əziyyət çəkən 2 övladı var. Ərizəsinə bununla bağlı sənədlər əlavə etmişdir. Dövlət tərəfindən cavabdeh müharibə veteranı olaraq “Vətən müharibəsi iştirakçısı”, Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”,“ Xocavəndin azad olunmasına görə”, hərbi xidmətdə fərlənməyə görə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunmuşdur. 2-ci vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak etmiş və döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində xəsarət almışdır. Özü isə hazırda kirayədə yaşayır. Qarabağ ərazisində “N” saylı hərbi hissədə xidmət edir və xəstəlikdən əziyyət çəkən uşaqlarının müalicəsinə aldığı əmək haqqı kifayət etmir. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8189 nömrəli tibbi arayışdan müəyyən edilir ki, X2 dəqiqləşməmiş virus infeksiyon xroniki-bronxit xəstəsidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh evlidir və himayəsində 3 övladı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Həmin Məcəllənin 83.2 maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan iddiaçı X1 əmək qabiliyyətli şəxs olduğu müəyyən edilir. Belə ki, iddiaçı X3 xx.xx.1966-cı təvəllüdlü olmaqla pensiya yaşına çatmamışdır. Bundan başqa, İddiaçı hər hansı əlillik dərəcəsinin olması müəyyən edilməmişdir. O, tam əmək qabiliyyətlidir. İddiaçının maddi yardıma ehtiyacı olması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı maddi yardıma ehtiyacı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1ci maddəsinin tələblərinin mövcud olmadığı, yəni iddiaçının əmək qabiliyyətli şəxs hesab olunduğu üçün və onun maddi yardıma ehtiyacı olmadığı üçün iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi qeyri-mümkündür. Odur ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1231/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1231/2024
25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver