Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-145/2022 16.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad olunması və uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad olunması və uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 31.03.2010-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi və bu səbəbdən Hacıqabul rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-440/2018 nömrəli qətnaməsi ilə 31.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X7 xeyrinə tutulan hər ay 100 manat alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 09.10.2010-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 31.03.2010cu il təvəllüdlü X5 adlı bir uşağı var. Hacıqabul rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)- 440/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, 31.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 100 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda Cavabdeh Azərbaycan Respublikasında yaşamır və himayəsində övladı, 31.03.2010-cu il təvəllüdlü X6 olmasına baxmayaraq, övladını özü ilə aparmamış, sadəcə öz valideynlərinin yanına tərk edərək getmişdir. 09.10.2020-ci ildən qızı Rəhimə onun yanına gəlmişdir və hazırkı vaxta kimi onunla birlikdə Bakı şəhərində yaşayır. 31.03.2010-cu il təvəllüdlü X6 Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta məktəbin 6 “Ç” sinfində oxuyur. Cavabdeh uşağı ilə maraqlanmır, uşaq faktiki olaraq onun yanında qalır və onunla birlikdə yaşamaq istəyir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Qanuni nümayəndəsi İddiaçı iştirakı ilə 31.03.2010-cu il təvəllüdlü X6 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun atası, Cavabdeh isə onun anasıdır. O, əvvəl anası ilə birlikdə yaşamışdır. Sonra anası onu ataraq Türkiyəyə ərə getmişdir. Bu səbəbdən o, 09.10.2020-ci ildən atası İddiaçı yanında yaşayır və hazırda atası ilə birlikdə Bakı şəhərində yaşayır. O, Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta məktəbin 6 “Ç” sinfində oxuyur. Ona atası və əmisinin arvadı qulluq edirlər. O, anası Cavabdeh ilə telefonla görüntülü danışır və anası onu atasına qarşı öyrətdiyinə görə, anasının telefonunu bloka etmiş və ondan incimişdir. Hazırda o, atasının yanında qalmaq istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və uşağın izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 125- 05/70 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31.03.2010-cu il təvəllüdlü X5 adlı bir uşağı var. Hacıqabul rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(071)-440/2018 saylı qətnaməsi ilə X10 və İddiaçı arasında 09.10.2010-cu il tarixdə 343 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş 31.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 25.06.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay 100 manat aliment tutularaq X8 verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Göründüyü kimi, İbrahimova (Hüseynova) Güllü Zakir qızı birgə nikahdan doğulmuş qızı - 31.03.2010-cu il təvəllüdlü X3 tərk edərək getmişdir. Bu səbəbdən 31.03.2010-cu il təvəllüdlü X6 09.10.2020-ci il tarixdən atası İddiaçı yanında Bakı şəhərində yaşayır və Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta məktəbin 6 “Ç” sinfində oxuyur. X1 atası İddiaçı yanında qalmaq istədiyini bildirir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, aliment ödəməkdən azad edilmə tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 22 noyabr 2021-ci il tarixli 00/68/83 saylı ilkin mediasiya prosesində iştirak edilməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, 31.03.2010-cu il təvəllüdlü X6 09.10.2020-ci il tarixdən atası İddiaçı yanında qaldığına və hazırda da onunla birlikdə yaşamaq istədiyini bildirdiyinə görə, uşaq atasının yanında qalmalı və İbrahimov X4 rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-440/2018 saylı qətnaməsi ilə ondan tutulan alimenti ödəməkdən azad edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31.03.2010-cu il təvəllüdlü X6 atası İddiaçı yanında qalsın. İbrahimov X4 rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-440/2018 saylı qətnaməsi ilə birgə nikahından doğulmuş övladı - 31.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödəməli olduğu 100 manat alimenti İbrahimova (Hüseynova) Güllü Zakir qızına ödəməkdən 09.10.2020-ci il tarixdən azad edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-145/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-145/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver