Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-150/2023 16.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları - 29 sentyabr 2014-cü il təvəllüdlü X3 və 07 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı izahat verərək göstərdi ki, mediasiya prosesində uşaqların saxlanılması alimentin cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmişdir və bu müddət ərzində cavabdeh barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş və öhdəliyin icrasından yayınmamışdır. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddiaçı ilə eyni məzmunlu izahat verdi. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından görünür ki, mediasiya prosesində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 00708 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan doğulmuş 29 sentyabr 2014-cü il təvəllüdlü X1 və 07 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimenti İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmiş, öhdəliyin icrasından yayınmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında birgə nikahlarından doğulmuş azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı barışıq sazişi bağlandığından və cavabdeh həmin öhdəliyinin icrasından yayınmadığından, artıq iddiaçının həmin məbləğdə alimentin cavabdehdən tutulmasına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə lüzum yoxdur. Gələcəkdə Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni müəyyən edilmiş aliment məbləğini ödəmədikdə isə, iddiaçının iddia icraatı qaydasında deyil, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mövcud vəziyyətdə işə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-150/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-150/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver