Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-157/2022 15.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əfayil oğluna qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əfayil oğluna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - 22.10.2012-ci il təvəllüdlü X3, 06.09.2014-cü il təvəllüdlü X1 və 24.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh Əfayil oğlu ilə 30.01.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 22.10.2012-ci il təvəllüdlü Xaliq, 06.09.2014-cü il təvəllüdlü Xədicə və 24.03.2017-ci il təvəllüdlü Ömər adlı üç uşağı var. Hacıqabul rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(071)-337/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Uşaqlar onun yanında qalır. O, hazırda işləmir, uşaqların maddi tələbatını təkbaşına ödəyə bilmir. 09 dekabr 2021-ci il tarixdə Mediasiya Şurasının “2021-007436” saylı qərarı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən cavabdeh uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment ödəməyə razı olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Əfayil oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Əfayil oğlu 21.01.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmiş, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə dair 21.01.2022-ci il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Əfayil oğlu 30.01.2012-ci ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 22.10.2012-ci il təvəllüdlü X3, 06.09.2014-cü il təvəllüdlü X1 və 24.03.2017-ci il təvəllüdlü X4 adlı üç övladı var. Hacıqabul rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(071 )-337/2018 saylı qətnaməsi ilə aralarında bağlnmış nikah pozulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. 09 dekabr 2021-ci il tarixdə Mediasiya Şurasının “2021-007436” saylı qərarı ilə təsdiq edilmiş barışıq sazişindən müəyyən edilir ki, Cavabdeh Əfayil oğlu İddiaçı ilə birgə nikahdan olan övladları - 22.10.2012-ci il təvəllüdlü X3, 06.09.2014-cü il təvəllüdlü X1 və 24.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment ödəməyə razı olmuşdur. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, bağladıqları barışıq sazişinin şərtlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 22.10.2012-ci il təvəllüdlü X3, 06.09.2014-cü il təvəllüdlü X1 və 24.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 27.12.2021-ci il tarixdən başlayaraq Cavabdeh Əfayil oğlundan hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 22.10.2012-ci il təvəllüdlü X3, 06.09.2014-cü il təvəllüdlü X1 və 24.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 27.12.2021-ci il tarixdən başlayaraq Cavabdeh Əfayil oğlundan hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Əfayil oğlundan 38 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-157/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-157/2022
15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver