Məhkəmə qərarları › İş №2(071)-190/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-190/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-190/2022 14.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulmuş övladı - 18.12.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2017-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 18.12.2019-cu il təvəllüdlü X4 adlı bir övladı doğulmuşdur. Hazırda cavabdehlə ayrı yaşayırlar və uşaq onun yanında qalır. Cavabdeh uşağın saxlanması üçün ona maddi köməklik etmir. O, aliment tələbi üçün Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehlə onun arasında bağlanan 19.10.2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh uşağın saxlanması üçün hər ay 50 manat aliment ödəməyə razı olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə 2017-ci ildə faktiki nikaha girərək həyatı qurmuşdur. Faktiki nikahdan onların 18.12.2019-cu il təvəllüdlü X4 adlı bir övladı doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar və uşaq anasının yanında qalır. O, uşağın saxlanması üçün hər ay 50 manat aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən 21.01.2020-ci il tarixdə verilmiş AZ-İ 390027 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin və 21.01.2020-ci il tarixli AZ- İV 382285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh faktiki nikahdan 18.12.2019-cu il təvəllüdlü X4 adlı bir övladı var. 18.12.2019-cu il təvəllüdlü X3 atası Cavabdeh hesab edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X2 Yeganə Yahya qızı və Cavabdeh arasında bağlanmış 19.10.2021-ci il tarixli 2021-004963 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh faktiki nikahdan doğulmuş övladı – 18.12.2019-cu il təvəllüdlü X1 üçün İddiaçı hər ay 50 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, tərəflərin bağladqları 19.10.2021-ci il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladı - 18.12.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladı - 18.12.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar