Məhkəmə qərarları › İş №2(071)-191/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-191/2022

15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-191/2022 15.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahdan doğulmuş övladı - 03.04.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 70 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 03.04.2019-cu il təvəllüdlü X3 adlı bir uşağı doğulmuşdur. Hazırda uşaq onun yanında qalır. Özü heç bir yerdə işləmir, uşağın maddi təminatını təkbaşına ödəyə bilmir. Mediasiya Şurasında cavabdehlə onun arasında bağlanan 10.01.2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh uşağın saxlanması üçün hər ay 70 manat aliment ödəməyə razı olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 17.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, uşağın saxlanması üçün ayda 70 manat aliment ödəməyə razı olduğunu bilmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı qəbul etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat Şöbəsinin verdiyi 14.08.2020-ci il tarixli AZ-İV 444888 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahdan 03.04.2019-cu il təvəllüdlü X3 adlı bir uşağı var. 03.04.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında yaşayır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya hər 70 manat aliment ödəməyə razıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X2 Lalə Mikail qızı və Cavabdeh arasında bağlanmış 10.01.2022-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh faktiki nikahdan doğulmuş övladı - 03.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 70 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini və 10.01.2022-ci il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladı - 03.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladı - 03.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar