Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-193/2023 06.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ 06 yanvar 2023-ci il Hacıqabul şəhəri X2, İddiaçı Cavabdeh qarşı “aliment“ tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə qeyri-rəsmi nikah münasibətlərindən anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, mediasiya prosesində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 00952 nömrəli barışıq sazişi bağlanmışdır. Barığıq sazişinə əsasən Cavabdeh İddiaçı ilə birgə qeyri-rəsmi nikah münasibətlərindən anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında faktiki nikahlarından doğulmuş üç azyaşlı uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunaraq barışıq sazişi bağlandığından, artıq İddiaçı həmin məbləğdə alimentin Cavabdeh tutulmasına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə lüzum yoxdur. Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni müəyyən edilmiş aliment məbləğini ödəmədikdə, İddiaçı iddia icraatı qaydasında deyil, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “aliment“ tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264 və 355-23.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment“ tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etdikdə, barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(071)-193/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-193/2023
06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver