Məhkəmə qərarları › İş №2(071)-280/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-280/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-280/2024 29.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı cavabdeh “Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsin”ə qarşı iş üzrə üçüncü şəxs kimi nəzərdə tutulan Maraqlı şəxs ilə “bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsin”ə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-59 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 1000 manat, Hacıqabul rayonu notariat ofisinin xüsusi notariusu Ruslan Səfərovun iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətlərə görə vurmuş olduğu mənəvi ziyan 8000 manat, ödənilmiş dövlət rüsumu 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, İddiaçı iş üzrə üçüncü şəxs kimi qeyd etmiş Maraqlı şəxs ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-59 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etsə də, iş üzrə iddiaçı kimi Maraqlı şəxs deyil, “Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsini qeyd etmişdir. Qeyd edilən hallarla əlaqədar məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı iddia ərizəsində iddiaçını göstərməmiş, iddia tələbinin kimə ünvanlandığını qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsin”ə qarşı iş üzrə üçüncü şəxs kimi nəzərdə tutulan Maraqlı şəxs ilə “bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar