Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-282/2022 19.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3689 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi və Cavabdeh 05 may 2021-ci il tarixli MAS-3689 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4.360 manat pulun və ödənilmiş 64 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov 19.04.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3689 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321636 ban, 147H0567489 mühərrik nömrəli, ağ rəngli avtomobil 16.700 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426,28 manat, ümumilikdə isə 23.862 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilmiş 05.05.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321636 ban, 147H0567489 mühərrik nömrəli, ağ rəngli avtomobil 16.700 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bü müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlanmadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Göründüyü kimi, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin lizinq alan müqavilə üzrə lizinq şirkətinin müəyyən etdiyi aylıq ödənişləri vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Həmçinin lizinq obyektinə zərər dəymişdir, cavabdeh həmin zərəri ödəməmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı MMC-nin tərtib etdiyi 29.10.2021-ci il tarixli qüsur aktından müəyyən edilir ki, “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasmı üçün 4.360 manat vəsait tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3689 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, 05 may 2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4.360 manat pul və ödənilmiş 64 manat dövlət rüsumu olmaqla, cəmi 4.424 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3689 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. 05 may 2021-ci il tarixli MAS-3689 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4.360 manat pul və ödənilmiş 64 manat dövlət rüsumu olmaqla, cəmi 4.424 (dörd min dörd yüz iyirmi dörd) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-282/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-282/2022
19.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver