Məhkəmə qərarları › İş №2(071)-283/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-283/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-283/2025 21.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(071)-208/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyənləşdirilmiş aylıq tutulacaq alimentin miqdarının azaldılaraq Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ayda hər uşağa görə qazancının (əmək haqqının) 1/3 hissəsi məbləğində aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu ildə X6 və xx.xx.2011-ci ildə X4 dünyaya gəlmişdir. Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X5 tələbi qismən təmin edilmiş, aralarındakı nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar analarının himayəsinə verilməsi, birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə iddiaçının qazancının 1/3 hissəsi və əlavə olaraq hər uşağa görə 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra iddiaçı başqa bir şəxslə rəsmi nikaha girərək ailə həyatı qurmuş və həmin nikahdan 5 uşağı dünyaya gəlmişdir. Hazırda iddiaçının maddi vəziyyəti pis olduğu cavabdehlə birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş sabit pul məbləğində aliment miqdarını ödəyə bilmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirərək aliment məbləğinin azadılmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(071)-208/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2008-ci il təvəllüdlü nikahın pozulması, birgə nikahdan olan 1xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 ananın yanın qalması və uşaqların saxlanılmaları üçün İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında pul və əlavə olaraq hər ay bir uşağa 40 manat məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan elektron portal çıxarış məlumatlarına əsasən X7 "xxxx" MMCdə elektrik montyoru vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X7 12 ay üzrə orta əmək haqqı məbləği (bonus, bayram pulu vs.) 817 manat təşkil edir. Həmin məbləğdən tutulan aliment məbləği isə ortalama 264 manat məbləğindədir. İş materiallarında olan elektron portal çıxarış məlumatlarına əsasən Ağayeva X10 Rayon İH-nin MİS-də ixtisassız fəhlə vəzifəsində çalışır və aylıq əmək haqqı 450 manat təşkil edir. İş materiallarında olan Hacıqbul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ailə üzləri – 2020-ci il təvəllüdlü X8, 2022-ci il təvəllüdlü X9 və 2023-cü il təvəllüdlü X3 ibarətdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, birgə nikahdan olan iki uşağın uşağın saxlanılması üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi miqdarında pul və əlavə olaraq hər ay bir uşağa 40 manat (iki uşağa görə cəmi 80 manat) məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehin xeyrinə aliment tutulmasından sonra iddiaçının ailə vəziyyətindən dəyişiklik yaranmış onun yeni nikahından 3 övladı doğulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Məhkəmə uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdehin uşaqlara aliment ödəməsini və qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay Məmmədov Elnurun əmək haqqısının 1/3 hissəsi məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, tutulan alimentin məbləği azaldılaraq İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-208/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar