Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-342/2022 05.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ə.Əmirov adına neft-qaz çıxarma idarəsi tərəfindən Hacıqabul rayon Atbulaq kəndində onun xüsusi mülkiyyətində olan 2.5449 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz aparılan işlər nəticəsində ona vurulmuş zərərin, ödənilməli olan kompensasiya məbləğinin ekspertiza təyin olunması yolu ilə müəyyən olunması və müəyyən ediləcək kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərmişdir. Məhkəmənin hazırlıq iclası 05.04.2022-ci il tarixə saat 14:40-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 04.04.2022-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh hüquqi ünvanının Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 73 olduğunu göstərərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(071)-342/2022 nömrəli mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan hazırlıq iclasının keçirilməsi mümkün hesab edilir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə etdi, mülki işin cavabdehin vəsatətinə əsasən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin vəsatətini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 73 olduğuna və iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinə görə, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Çünki, 27.02.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh hüquqi şəxs kimi Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 73 ünvanda qeydiyatdan keçmişdir (VÖEN **********). Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 170, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş, ərazi aidiyyat qaydasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh hüquqi ünvanı - Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 73 ünvan üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-342/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-342/2022
05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver