Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-360/2022 17.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 14.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahından doğulmuş övladları - 12.12.2013-cü il təvəllüdlü X3 və 14.01.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 07.03.2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 12.12.2013-cü il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 07 mart 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş və əvvəli 04 iyul 2019-cu ildən hesablanmaqla Cavabdeh 12 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay amək haqqı və başqa gəlirlərin ¼ hissəsində aliment və əlavə olaraq 100 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Aralarında bağlanmış nikah pozulsa da, onlar barışaraq yenidən bir yerdə ər-arvad kimi yaşamışlar və faktiki nikahdan 14.01.2021-ci il təvəllüdlü X4 adında bir uşaqları da doğulmuşdur. Hazırda cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlara tək baxmaq onun üçün çətindir, özü hüç bir yerdə işləmir və uşaqların saxlanılmasında maddi çəhətdən çətinlik çəkir. Onun ərizəsinə əsasən icra məmurunun 12.05.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” qanunun 23-cü maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh 07.03.2012-ci ildə 67 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların rəsmi nikahdan 12.12.2013-cü il təvəllüdlü X6 adlı bir uşağı doğulmuşdur. Aralarında bağlanmış nikah pozulsa da, tərəflər barışaraq yenidən bir yerdə ər-arvad kimi yaşamışlar və faktiki nikahdan 14.01.2021-ci il təvəllüdlü X4 adında bir uşaqları da doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(071)-371/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 07.03.2012-ci il tarixdə 67 saylı akt qeyd ilə bağlanmış nikah pozulmuşdur. Əvvəli 04.07.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh 12.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarın aliment və əlavə olaraq 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. 15.01.2020-ci il tarixli AZ-İ 334860 nömrəli nikahın pozulması barədə şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 07.03.2012-ci il tarixdə bağlanmış nikah qeydi 15.01.2020-ci il tarixdə 06 saylı qeyd əsasında pozulmuşdur. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 05.03.2014-cü il tarixdə verilmiş AZ-İİİ 262705 nömrəli, 05.03.2021-ci il tarixdə verilmiş AZ-İV 544813 nörəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 12.12.2013-cü il təvəllüdlü X6 və 14.01.2021-ci il təvəllüdlü X4 adlı iki uşağı var. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən 05.03.2021-ci il tarixdə verilmiş AZ-İ 402448 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh 14.01.2021-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İddiaçı 11.04.2022-ci il tarixli ərizəsinə əsasən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru 12.05.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” qanunun 23-cü maddəsinə əsasən aliment tutulmasına dair Hacıqabul rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(071)-371/2019 nömrəli icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. 28.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 12.12.2013-cü il təvəllüdlü X6 və 14.01.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 12.12.2013-cü il təvəllüdlü X6 və 14.01.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.03.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-360/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-360/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver