Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-39/2022 05.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 17.06.2010-cu il təvəllüdlü X1 və 03.11.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh 16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vəsatət təqdim edərək, vəsatətində iddiaçı ilə rəsmi nikahlarının olmadığını, yalnız qeyri-rəsmi münasibətdə olduqlarını, həmin müddət ərzində başqa qadınla rəsmi nikahda olduğunu, 2001-ci ildən bu günə kimi 3 qadınla nikahda olduğunu, hər biri ilə 4-5 il nikahda olmasına baxmayaraq, uşağı olmaması səbəbindən ayrıldıqlarını, hazırda 4 ildir ki, nikahda olmasına baxmayaraq uşağının olmadığını, dəfələrlə həkim müalicəsində olmasına baxmayaraq müsbət rəy ala bilmədiyini, iddiaçı ilə birgə yaşadığı müddətdə iddiaçının ona “səndən uşağa qalmışam” dediyini, iddiaçının sözlərinə inanaraq ona maddi və mənəvi dəstək oluğunu, hətta uşaqlara atalıq və soyad verdiyini, uşaqlara ataları kimi baxdığını, lakin buna baxmayaraq iddiaçının bağışlanmaz səhvini tutduqdan sonra ondan ayrıldığını və uşaqların ona məxsus olmasına əsaslı şübhələr yarandığını göstərərək, həqiqətə nail olmaq üçün tərəflərdən tibbi nümunələr götürülərək, məhkəmə bioloji-genetik ekspertiza təyin edilməsini və onun 07 iyun 2010-cu il təvəllüdlü X1 və 03 noyabr 2012-ci il təvəllüdlü X2 atası olubolmaması faktının dəqiq müəyyən edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli 2(071)-222/2021 nömrəli qərardadı ilə Cavabdeh 17 iyun 2010-cu il təvəllüdlü X1 və 03 noyabr 2012-ci il təvəllüdlü X2 bioloji-genetik atası olub-olmamasını müəyyən etmək məqsədi ilə mülki iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübə və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübə və Tədris Birliyi” publik hüquqi şəxs tərəfindən Hacıqabul rayon məhkəməsinə ünvanlanmış 03.03.2022-ci il tarixli 9/171 nömrəli məktubda ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflərin şöbəyə gəlməsi göstərilsə də, məhkəmə-tibbi genetik ekspertizanın keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina edilmiş və mülki iş icara edilmədən məhkəməyə qaytarılmışdır. Hacıqabul rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(071)-239/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 05.05.2022-ci il tarixə 10:00-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 17.06.2010-cu il təvəllüdlü X4 və 03.11.2012-ci il təvəllüdlü X5 adlı iki övladı doğulmuşdur. Sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Cavabdeh uşaqların saxlanması üçün könüllü olaraq maddi köməklik edəcəyini bildirdiyinə görə o, aliment tutulması üçün məhkəməyə müraciət etməmişdir. Hazırda böyük oğlu xəstədir, onun müalicəsinə vəsait tələb olunur və uşaqlar böyüdüklərinə görə maddi ehtiyacları artmışdır. O, uşaqların maddi ehtiyaclarını təkbaşına təmin edə bilmir. Bu səbəbdən uşaqları internat məktəbinə yazdırmağa məcbur olub. O, cavabdehin maddi vəziyyətini nəzərə alaraq aliment tutulmasının əvvəlinin 05.05.2022-ci il tərixdən hesablanmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə 2009-cu ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 17.06.2010cu il təvəllüdlü X4 və 03.11.2012-ci il təvəllüdlü X5 adlı iki övladı doğulmuşdur. O, uşaqlarına öz soyadını vermiş və atalığın müəyyən edilməsi barədə şəhadətnamə almışdır. Onlar bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Uşaqlar iddiaçının yanında qalmışdır. Hazırkı vaxta kimi iddiaçı uşaqları təkbaşına böyütmüş və maddi ehtiyaclarını ödəmişdir. O, uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik etməmişdir. Hazırda onun maddi imkanı yaxşı olmadığına görə hər uşaq üçün ayda 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə bilər. Ayda hər uşağı 170 manat ödəməyə maddi imkanı yoxdur. Aliment tutulmasının əvvəlinin 05.05.2022-ci il tarixdən hesablanmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir və bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon qeydiyyat şöbəsinin verdiyi 06.02.2014-cü il tarixli AZ-İ 227625 nömrəli və 02.04.2013-cü il tarixli AZ-İ 227570 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh İddiaçı 17.06.2010-cu il tarixdə doğulmuş X1 və 03.11.2012-ci il tarixdə doğulmuş X2 atası hesab edilmişdir. Hacıqabul rayon qeydiyyat şöbəsinin verdiyi 06.02.2014-cü il tarixli AZ-İİİ 231007 nömrəli və 30.01.2020-ci il tarixli AZ-T 124838 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı faktiki nikahından 17.06.2010-cu il təvəllüdlü X4 və 03.11.2012-ci il təvəllüdlü X5 adlı iki övladı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. İddiaçı 05.05.2022-ci tarixli ərizəsində alimentin əvvəlinin 05.05.2022-ci il tarixdən tutulmasını xahiş etdiyinə görə, məhkəmə aliment tutulmasının əvvəlini qətnaməni qəbul etdiyi vaxtdan hesablayır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladları - 17.06.2010-cu il təvəllüdlü X1 və 03.11.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 05.05.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - 140 manat aliment tutulması hissəsində rədd edilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladları - 17.06.2010-cu il təvəllüdlü X1 və 03.11.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 05.05.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-39/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-39/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver