Məhkəmə qərarları › İş №2(071)-405/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-405/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-405/2023 24.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən rəsmi nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(071)-84/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikaha xitam verilmişdir. Sözü gedən qətnaməyə əsasən cavabdehlə birgə nikahdan olan övladı 08 iyul 2008-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Bu müddət ərzində cavabdeh birgə nikahdan olan övladı ilə maraqlanmamış və onun saxlanılma xərclərinə köməklik göstərməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək birgə nikahdan olan övladının saxlanılmasına maddi köməklik göstərməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətlərinə müsbət cavab verməmişdir. Buna görə də hazırkı iddia ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikahlarından 2 uşaqları var. 2008-ci il təvəllüdlü oğlu Rəvan oğlunun yanında yaşayır. 2009-cu il təvəllüdlü qızı Leyla isə ailə münasibətləri pozulduqdan sonra cavabdehin yanında yaşayır. Məhkəmənin qətnaməsinə əsasən onun əmək haqqının ¼ hissəsi tutularaq Leylanın saxlanılması üçün cavabdehə verilir. 2008-ci il təvəllüdlü oğlu Rəvan onun yanında yaşadığına və maddi imkanı yaxşı olmadığına görə, cavabdehdən həmin uşağın saxlanılması üçün aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında xx.xx.2008-ci il təvəllüdlü X5 bildirdi ki, o, doğulduğu gündən atası ilə birlikdə yaşayır. Atası ilə anası ayrılandan sonra bacısı anası ilə, o isə atası ilə yaşamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 113213 saylı doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuş, şəhadətnamənin ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 260 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cı il təvəllüdlü X1 Məlahət Tofiq qızının yanında saxlanılmış, əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay alıq əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutla müəyyən edildi ki, tərəflərin birgə nikahından iki uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah akt qeydi məhkəmənin qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Leyla adlı uşaq anasının yanında saxlanılmış və İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamənin nəticəvi hissəsində tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Rəvan adlı uşağın valideynlərinin hansının yanında saxlanılması məsələsi həll edilməsə də, həmin qətnamənin təsviri və əsaslandırıcı hissələrindən Rəvan adlı uşağın atası İddiaçı yanında yaşadığı müəyyən olunur. Hazırda Rəvan adlı uşaq iddiaçının yanında yaşadığından, iddiaçı cavabdehə qarşı həmin uşağın saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Rəvan adlı uşağın valideyni olduğundan və həmin uşaq iddiaçının yanında yaşadığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış Rəvan adlı uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddəti iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023cü il tarixdən başlamalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan 10000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 40,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 03 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 40,40 manat (qırx manat, qırx qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar