Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-457/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞS/023/2023-00496 nömrəli barışıq sazişindən görünür ki, daha əvvəl tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış və həmin sazişə əsasən Cavabdeh, övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimenti İddiaçı ödəməyi öhdəsinə götürmüş, sonuncu isə bununla razılaşaraq sazişi imzalamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı barışıq sazişi bağlandığından, artıq iddiaçının həmin məbləğdə alimentin cavabdehdən tutulmasına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə lüzum yoxdur. Gələcəkdə Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni müəyyən edilmiş aliment məbləğini ödəmədikdə isə, iddiaçının iddia icraatı qaydasında deyil, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəflər arasında alimentin ödənilməsi ilə bağlı barışıq sazişi olduğundan, həmin sazişin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında ərizə verməli olduğu halda, barışıq sazişində göstərilən məbləğdə alimentin tutulması üçün iddia icraatı qaydasında ərizə vermiş, bununla da ərizənin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(071)-457/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-457/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver