Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-462/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, iddiaçı X3 cavabdehlər X9 və Cavabdeh2 Fəzail qızına qarşı “alqı-satqının bağlanmış hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı X10 cavabdehlər X9 və X4 qarşı “alqı-satqının bağlanmış hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hazırda iddia etdiyi torpaq sahəsi 1997- 1998-ci illərdə aparılmış aqrar islahat nəticəsində cavabdehin atası X1 mülkiyyətinə verilmişdir. O, uzun illər həmin torpaq sahəsindən istifadə etdiyi üçün cavabdehin atası ilə xx.xx.2004-cü ildə bələdiyyənin və tərəflərin iştirakı ilə akt və qəbzlə alqı-satqı etmiş, torpağın dəyəri olan 1032,500 manat pulu sonuncuya vermişdir. Həmin vaxtdan sonra alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmasını cavabdehin atasına bildirsə də, o, hər dəfə bəhanə gətirərək yayınmış və demişdir ki, səni torpaqdan çıxaranmı var, torpağı almısan əkib-becər. Sonradan həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh1 həmin torpaq sahəsini həyat yoldaşı X5 bağışlamış və sonuncunun adına mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş məzmunda verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlllənin 149.2.3-cü maddəsinin tələbinə görə iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 ilə yanaşı X8 da göstərilsə də, iddia ərizəsinin tələb hissəsində X5 qarşı hər hansı tələb irəli sürülməmişdir. İddiaçı tələbini yalnız Cavabdeh1 qarşı irəli sürməklə, onunla cavabdehin atası Əlman Qənbərov arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Əlman Qənbərovun adına verilmiş daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsini tələb etmişdir. Göründüyü kimi, iddia ərizəsində X8 cavabdeh kimi göstərilsə də, ona qarşı hər hansı tələb irəli sürülməmiş, bununla da MPM-in 149.2.3-cü maddəsinin tələbi pozulmuşdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X3 cavabdehlər X6 və X4 qarşı “alqı-satqının bağlanmış hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(071)-462/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-462/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver