Məhkəmə qərarları › İş №2(071)-484/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-484/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-484/2022 16.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və cavabdeh X5 nümayəndəsi (qardaşı) X2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə birgə nikahından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2009-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X3 hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, X8 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2009-ci il təvəllüdlü X13 adlı iki uşağı var. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X8 ilə onun arasında bağlanmış pozulmuşdur. Uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh X8 ondan ayrıldıqdan sonra başqa şəxsə ərə getmişdir. Cavabdeh X1 rayon Məhkəməsinə ərizə verərək, ondan uşaqları tələb etsə də, sonradan məhkəməyə ərizə verərək iddiadan imtina etmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh X8 övladlarına bir ana kimi nə maddi, nə də mənəvi köməklik etmir, uşaqlarının vəziyyəti ilə maraqlanmır. O, uşaqlarını tək saxlayır, maddi çətinliyi olduğuna görə uşaqların msaxlanmaları üçün cavabdehdən aliment tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X5 nümayəndəsi (qardaşı) X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, X8 məhkəmədə uşaq tələbinə dair iddia qaldırmışdı. Sonradan İddiaçı ilə X8 arasında olan razılaşmaya əsasən X8 uşaq tələbindən imtina etdi, İddiaçı ilə uşaqların saxlanılması üçün aliment tələb edilməyəcəyi barədə razılaşdı. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı razılaşmaya əməl etməyərək aliment tələb edir. X8 aliment ödəmək istəmir. Odur ki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon qeydiyyat şöbəsinin verdiyi xx.xx.2011-ci il tarixli AZ-İİ 699432 nömrəli və xx.xx.2011-ci il tarixli AZ-İİ 699433 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, X8 ilə İddiaçı birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2009-ci il təvəllüdlü X13 adlı iki uşağı var. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X5 arasında bağlanmış pozulmuşdur. Bu barədə Hacıqabul rayon Qeydiyyat şöbəsinldə xx.xx.2018-ci il tarixdə 62 nömrəli akt qeydi aparılmışdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflərin birgə nikahdan doğulmuş uşaqları atanın yanında qalırlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, X8 mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2009-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X3 hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan - 186 manat aliment tutulması hissəsində rədd edilməlidir. Cavabdeh X3 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2009ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X3 hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh X3 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar