Məhkəmə qərarları › İş №2(071)-574/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-574/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-574/2022 14.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2014-cü ildə faktiki nikaha girərək ailə qurmuşdur, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı üç uşağı var. Cavabdeh uşaqların yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır, uşaqları tək saxlamaq onun üçün çətindir. Özü işləmir və uşaqların saxlanılması üçün cavabdehin maddi yardımına ehtiyacı var. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə faktiki nikahından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli AZ-İİİ 587503 nömrəli, xx.xx.2017-cı il tarixli AZ-İİİ 931891 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İV 334241 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh faktiki nikahdan - xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı üç övladı var. xx.xx.2015-ci il tarixli AZ-İ 268475 nömrəli, xx.xx.2017-ci il tarixli AZ-İ 324376 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İ 376743 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Hüseynov X1 Ülkər Qüdrət qızından doğulmuş - xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 ataları hesab edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X4 Ülkər Qüdrət qızı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞİH-16787 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Hüseynov X1 Ülkər Qüdrət qızı ilə faktiki nikahından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, xx.xx.2022-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 45,20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 45,20 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar