Məhkəmə qərarları › İş №2(071)-580/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-580/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-580/2023 27.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X28 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Hacıqabul rayon Ələtli Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 4,12 ha torpaq sahəsinə görə cavabdehin atası X6 ilə xx.xx.2004-cü ildə bələdiyyənin və tərəflərin iştirakı ilə akt və qəbzlə təsdiq edilmiş alqı-satqı bağlanmış hesab olunması və həmin torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydiyyat, **********72 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, xx.xx.2023-cü il tarixli 4Ə-21 nömrəli reyestrlə verilmiş bağışlam müqaviləsinin və X11 verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat, **********72 reystrli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Hacıqabul rayonu Ələtli kəndində yaşayır. 1996-cı ildən mübahisəli torpaq sahəsini kəndli fermer təsərrüfatı kimi istifadə edərək əkib-becərib. Hazırda da həmin sahəyə yonca əkib. Daha sonra, respublika üzrə aqrar islahat aparılmış və hazırda iddia etdiyi torpaq sahəsi 1997-1998-ci illərdə aparılmış aqrar islahat nəticəsində cavabdehin atası X2 mülkiyyətinə verilmişdir. O uzun illər həmin torpaq sahəsindən istifadə etdiyi üçün cavabdehin atası X6 ilə xx.xx.2004-cü ildə bələdiyyənin və tərəflərin iştirakı ilə Akt və Qəbzlə təsdiqi öz aralarında alqı-satqı edib, bu torpağın dəyərini təşkil edən 1032,500 manat pulu sonuncuya verib. Həmin vaxtdan sonra cavavdehin atası X4 dəfələrlə bildirsədə ki, aralarında-bağlanmış alqı-satqı müqaviləsini notariat qaydada təsdiq olumalıdır, o, hər dəfə bəhanə gətirərək yayınıb və deyib ki, onu torpaqdan çıxardan var, torpaqı almısan əkib-becər, səninlə kimin nə işi var. Sonradan həmin torpaq sahəsi xx.xx.2022-ci ildə mülkiyyət hüququ əsasında ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən reyester nömrəsi **********72 Çıxarış verilmişdir. ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş "Çıxarış" əsasən X18 məhkəmə prosesi gedən vaxtlarda həmin torpaq sahəsini həyat yoldaşı X11 bağışlamışdır. Daha sonra X15 ona bağışlanmış torpaq sahəsinə xx.xx.2023cü il tarixli ********** nömrəli qeydiyyat, **********72 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış almışdır. Bundan sonra, Cavabdeh1 iddia tələbi ilə məhkəməyə müraciət edərək zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə müraciət etmişdir. Həmin vaxt iş üzrə iddiaçı qismində çıxış etmiş Cavabdeh1 ərizə ilə müraciət edərək iddia ərizəsindən imtina etmişdir. İddia ərizəsindən imtina etməsinin səbəbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbindən imtina etmişdir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edəcəyini vəd vermiş, 2,0 ha torpaq sahəsindən özü, qalan 2,0 ha hissəsindən isə onun istifadə edəcəyini bildirmişdir. Ərizəni əsas götürən Hacıqabul Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardadla iş üzrə icraata xitam vermişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiva Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2287/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamış, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 mübahisəli torpaq sahəsinə görə Hacıqabul RPŞ-nə və dəfələrlə məhkəmələrə zəbt edilmiş torpaq sahəsindən çıxarılma şikayəti etmiş sonra həmin şikayətdən imtina edir ki, öz aralarında gedib notarial qaydada həll edəcək, lakin bütün bunlara baxmayaraq heç bir verdiyi sözünü tutmur. Həmin torpaq sahəsində yonca əkmiş və cavabdeh tərəfindən həmin torpaq sahəsi şumlanmış və ona ciddi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eləcə də üçüncü şəxs Hacıqabul rayon Ələtli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN 0015, kod 91004058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 fevral 1988-ci il tarixli 04 nömrəli qərarına əsasən Hacıqabul rayonu Ələtli kənd sakinləri X6, X5, X16, X17, X8, X9, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20,59 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planından (çizgi) görünür ki, torpaq sahəsi üç hissədən ibarət olmuşdur: 15A nömrəli torpaq sahəsi 96283,05 kv.m, 15B nömrəli torpaq sahəsi 41261,65 kv.m, 0015 nömrəli torpaq sahəsi isə 68555,03 kv.m olmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli aktdan görünür ki, X4 məxsus pay torpağından 4,13 ha İddiaçı bir dəfəlik istifadəyə verir. İstifadə edilən hər hektar üçün 250 manat birdəfəlik haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı 4,13 ha torpaq sahəsi üçün 1.032.500 manat torpaq haqqı ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2004-cü il tarixli akta əsasən İddiaçı tərəfindən 1.032.500 manat pul nağd şəkildə torpaq sahibi X4 verilmişdir. İş materiallarında olan reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsi 3/24 hissədə X7, 21/24 hissədə Cavabdeh1 paylı mülkiyyətindədir. Onların paylı mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”ndən görünür ki, X1 rayonu, Ələtli kəndində yerləşən ümumi sahəsi 4,1261 ha torpaq sahəsinin onun payına düşən 21/24 hissəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsi 3/24 hissədə X7, 21/24 hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tələbində bildirir ki, Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsinə münasibətdə onunla cavabdehin atası X6 arasında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, lakin Əlman Qənbərov alqı-satqı müqaviləsinin notarial qaydada bağlanılmasından hər dəfə bəhanə gətirərək imtina etmişdir. İddiaçı alqısatqı müqaviləsinin bağlanmasını sübut etmək üçün məhkəməyə xx.xx.2004-cü il tarixli aktı və qəbzi təqdim etmişdir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2004-cü il tarixli aktın məzmununda X3 Hacıqabul rayonu, Ələtli kəndi ərazisində yerləşən 4,13 ha torpaq sahəsini İddiaçı satması deyil, birdəfəlik istifadə etmək üçün verməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əslində həmin torpaq sahəsinin alqı-satqısı barədə razılaşmanın olması nəzərə alındıqda belə, iddia tələbi yenə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.1-ci maddəsinə görə isə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2005-ci il tarixədək olan dövrdə notarial qaydada təsdiqlənməsi tələb olunan əqdlər icra edilməsinə baxmayaraq, digər tərəf əqdin notarial qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi bağlanmış hesab etməsini mümkün sayırdı. İddiaçı ilə X6 arasında torpaq sahəsinə dair razılaşma da məhz həmin dövrdə, yəni xx.xx.2004-cü il tarixdə olmuşdur. Lakin, məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddiaçının tələbi ilə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bilməz. Çünki, iş materiallarına əlavə edilmiş JN 0015, kod 91004058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından açıq-aydın görünür ki, mübahisəli 4,1261 ha torpaq sahəsi X6 ilə yanaşı aktda adları qeyd edilən digər 7 nəfərin birgə mülkiyyətlərində olmuşdur. Birgə mülkiyyətdə olan əmlaka sərəncam vermə isə bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməlidir (MM 222.2) Belə olan vəziyyətdə, Əlman Qənbərovun həmin torpaq sahəsinə münasibətdə təkbaşına sərəncam verməklə onu satmaq ixtiyarı olmadığına görə onunla İddiaçı arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bilməz. Məhkəmə, həmçinin iddia tələbinin Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydiyyat, **********72 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və X11 verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat, **********72 reystrli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin tələblər iddiaçının birinci tələbindən, yəni alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbindən asılı olaraq həll edilməlidir. Alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissədə iddia tələbi təmin edilmədiyinə görə, cavabdehlərin adlarına verilmiş çıxarışlar da ləğv edilməməlidir. İddia tələbinin cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi tələbini yalnız müqavilənin tərəfləri irəli sürə bilər (MM 423). İddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X29

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar