Məhkəmə qərarları › İş №2(071)-59/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-59/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-59/2024 08.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X19 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X6 və vəkili X1, Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(106)- 1778/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-559/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli, 126 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, onunla birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşağın anası X2 yanında qalması və yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən Cavabdeh verilməsi tələb olunan 150 manat aliment artırılaraq 170 manat müəyyən olunmuşdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-559/2022 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş azyaşlı X9 cavabdehin himayəsindədir və hazırda cavabdeh də ikinci dəfə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Belə ki, cavabdeh 2023-cü ilin iyul ayında şəxsiyyəti ona məlum olmayan bir nəfərlə ailə həyatı qurmuş və nikahları Kürdəmir rayon Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş, bu barədə onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan doğulmuş azyaşlı X9 hazırda cavabdehin və onun həyat yoldaşının himayəsindədir, cavabdehin həyat yoldaşı da uşağın onun himayəsində qalmasına razılıq vermişdir. Hesab edir ki, birgə nikahdan doğulmuş azyaşlı X4 hazırda cavabdehlə birlikdə onun həyat yoldaşının himayəsində olması, həmin şəxsin də uşağın onun himayəsində qalmasına razılıq verməsi və doğrudan da uşağın hazırda heç bir maddi sıxıntısının olmaması məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin ləğv edilməklə dayandırılmasını zəruri edir. Onun hal-hazırki maddi durumu iddiaçıya birgə nikahdan doğulmuş övladının saxlanılması üçün aliment ödəməyə imkan vermir. Belə ki, hal-hazırda özünə məxsus fərdi təsərüfatı, tikinti və həyətyanı torpaq sahəsi yoxdur, heç bir yerdə işləmir, əlavə qazancı, gəliri yoxdur. Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyatdadır, (bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Hacıqabul rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş arayış ərizəyə əlavə edilir), hazırda səhhətində olan problem onun ağır fiziki işlə məşğul olmağına imkan vermir, aliment məbləği böyük çətinliklə valideyni tərəfindən ödənilir, atası X12 müəllim vəzifəsində çalışır və 350 manat məbləğində aylıq əmək haqqı alır, anası X10 əlilliklə bağlı müavinət alır. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən aliment məbləği 170 manat müəyyən edildikdən hal-hazıra kimi onun maddi durumunda yaxşılaşma deyil, ağırlaşma olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, cavabdehin anasıdır. İddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaq xəstə olduğuna görə iddiaçı tərəf uşağı qəbul etmədilər. Ona görə də tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh başqa bir şəxslə ailə həyatı qursa da, iddiaçı uşağın atasıdır və buna görə aliment ödəmək vəzifəsi daşıyır. Cavabdehin yeni ailə həyatı qurduğu şəxsin həmin uşağı saxlamaq öhdəliyi yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, nümayəndəsinin dediklərini təsdiq etdi və iddianın rədd edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 126 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarında xx.xx.2016-ci il tarixdə anadan olmuş X5 nikah pozulduqdan sonra Cavabdeh yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan X11 Məhkəməsinin 2(106)- 1778/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Hacıqabul rayon Məhkəməsinin 2(071)-559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi aliment tutulması ilə bağlı hissədə dəyişdirilmiş və təyin olunmuş alimentin məbləği artırılaraq 170 manat həddində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ ******* saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsassən pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ- İİ 543376 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 arasında xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə nikahları bağlanmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il tarixdə Kazım adlı uşaqları doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, azyaşlı Kazımın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. X11 Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi aliment tutulması ilə bağlı hissədə dəyişdirilmiş və təyin olunmuş alimentin məbləği artırılaraq 170 manat həddində müəyyən edilmişdir. Bundan sonra cavabdeh başqa bir şəxslə nikaha daxil olmuşdur. İddiaçı, cavabdehin başqa bir şəxslə ailə nikaha daxil olmasını və eləcə də səhhətində problemlər olması və maddi vəziyyətinin yaxşı olmamasını əsas gətirərək, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, aliment öhdəliklərinə xitam verilməsi əsasları Ailə Məcəlləsinin 113-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda xitam verilə bilər (maddə 113.2). Qeyd olunan maddəyə əsasən aliment ödənilən uşaq övladlığa götürüldükdə aliment öhdəliyinə xitam verilə bilər. Hazırki işin hallarından aliment ödənilən Kazım adlı uşağın cavabdehin yeni ailə həyatı qurduğu şəxs tərəfindən övladlığa götürülməsi müəyyən olunmur. Bundan başqa, həmin maddəyə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan arvad özünün saxlanılması üçün keçmiş ərindən aliment aldıqda və sonradan arvad yeni nikaha daxil olduqda, bu halda ərin aliment öhdəliyinə xitam verilməlidir. Həmin maddədə arvadın yeni nikaha daxil olması ilə əlaqədar ərin uşağın saxlanılması üçün ödədiyi aliment öhdəliyinə xitam verilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, saxlanılması üçün aliment ödənilən Kazım adlı uşaq cavabdehin yeni ailə həyatı qurduğu şəxs tərəfindən övladlığa götürülmədiyindən, cavabdehin yeni nikaha daxil olması və uşağın onların yanında yaşaması, özlüyündə məhkəmə qaydasında iddiaçıdan həmin uşağın saxlanılması üçün tutulan aliment öhdəliyinə xitam vermir. Bundan başqa, iddiaçı iddia ərizəsində heç bir yerdə işləməməsini, əlavə qazancının və gəlirinin olmamasını, aliment müəyyən edildikdən sonra maddi vəziyyətində ağırlaşma olmasını, məhkəmə iclasında isə bu əsaslarla çıxış edərək alimentin ləğv edilməsini və ya alimentin məbləğinin azaldılmasını istəmişdir. Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə hesab edir ki, iddiaçıdan xx.xx.2016-ci il təvəllüdlü Kazımın saxlanılması üçün təyin edilmiş 170 manat aliment məbləği isə hazırda ölkə üzrə uşaqlar üçün təyin edilmiş 2024-cü il üçün yaşayış minimumu məbləğindən (235 manatdan) çox aşağı olduğundan, həmin məbləğin azaldılması uşağın mənafeyi baxımından ədalətli hesab edilə bilməz. İddiaçı heç bir yerdə işləməməsini və əlavə qazancı və gəlirinin olmamasını bildirsə də, məhkəmə hesab edir ki, valideynin işləməməsi və ya qazancının məbləği onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, iddiaçı əmək qabiliyyətlidir, işləmək və hər ay 170 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar