Məhkəmə qərarları › İş №2(071)-632/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-632/2021

11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-632/2021 11.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X7, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X4 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş övladları - 11.10.2011-ci il təvəllüdlü X8, 19.11.2014-cü il təvəllüdlü X5, 20.11.2017-ci il təvəllüdlü X6 və 05.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədlərı araşdıraraq hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Çünki, Hacıqabul rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(071)-385/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması və aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, X4 və Cavabdeh arasında 28.10.2009-cu il tarixdə 371 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, əvvəli 04.08.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh 11.10.2011-ci il təvəllüdlü X8, 19.11.2014-cü il təvəllüdlü X5, 20.11.2017-ci il təvəllüdlü X6 və 05.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulaqraq X3 veriməsi qət edilmişdir. Yəni, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Hacıqabul rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(071)-385/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar