Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-656/2022 27.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 125 saylı akt qeydi ilə nigahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki uşağı var. Hacıqabul rayon Məhkəməsinin 13 iyul 2016-ci il tarixli 2(071)-326/2016 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında 16 may 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Uşaqları tək saxlamaq onun üçün çətindir, özü işləmir, uşaqların saxlanılması üçün cavabdehin maddi yardımına ehtiyacı var. Cavabdeh bu günə kimi uşaqların saxlanmasına maddi köməklik etmişdir. Odur ki, iddianın təmin olunmasını, alimentin xx.xx.2022-ci il tarixdən tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Bu günə uşaqların saxlanmasına maddi köməklik etmişdir. Odur ki, alimentin xx.xx.2022-ci ildən hesablanmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2007-ci il tarixli AZ-İ 944158 nömrəli, xx.xx.2015-ci il tarixli AZ-İİİ 503402 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh faktiki nikahdan - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki övladı var. Hacıqabul rayon Məhkəməsinin 13 iyul 2016-ci il tarixli 2(071)-326/2016 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Hacıqabul rayon Qeydiyyat Şöbəsində 16 may 2007-ci il tarixdə 125 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X3 Aytən Zaid qızı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞİH-18383 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Rzayev X5 Aytən Zaid qızı ilə birgə nikahından doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, xx.xx.2022ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 45,20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 45,20 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-656/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-656/2022
27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver