Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-670/2021 06.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 12.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun faktiki nikahından doğulmuş övladları - 07.10.2014-cü il təvəllüdlü X1, 24.06.2016-cı il təvəllüdlü X3 və 11.02.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2013-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur, faktiki nikahdan onların 07.10.2014-cü il təvəllüdlü Simran, 24.06.2016-cı il təvəllüdlü Ayan və 11.02.2019-cu il təvəllüdlü Mehrac adlı üç uşağı var. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün maddi köməklik etmir. Mediasiya Şurasında 23.09.2021-ci il tarixdə cavabdehlə bağladıqları barışıq sazişinə əsasən cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 150 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, tərəflərin Mediasiya Şurasında 23.09.2021-ci il tarixdə bağladıqları barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.02.2015-ci il tarixli AZ-İİİ 465633 nömrəli, 28.07.2016-cı il tarixli AZ-İİİ 800769 nömrəli və 15.05.2019-cu il tarixli AZ-İV 250017 nömrəli doğum haqqında şəhadətnamələrin; 27.02.2015-ci il tarixli AZ-İ 227729 nömrəli, 28.07.2016-cı il tarixli AZ-İ 292659 nömrəli və 15.05.2019-cu il tarixli AZ-İ 342204 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh 2013-cü ildə faktiki nikaha girərək ailə qurmuşlar, faktiki nikahdan onların - 07.10.2014-cü il təvəllüdlü X4, 24.06.2016-cı il təvəllüdlü X6 və 11.02.2019-cu il təvəllüdlü X5 adlı üç uşağı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Mediasiya Şurasında İddiaçı və Cavabdeh arasında bağlanmış 23.09.2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh faktiki nikahdan doğulmuş övladları - 07.10.2014-cü il təvəllüdlü X4, 24.06.2016-cı il təvəllüdlü X6 və 11.02.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 23.09.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladları - 07.10.2014-cü il təvəllüdlü X1, 24.06.2016-cı il təvəllüdlü X3 və 11.02.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladları – 07.10.2014-cü il təvəllüdlü X1, 24.06.2016cı il təvəllüdlü X3 və 11.02.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-670/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-670/2021
06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver