Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-676/2021 01.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.10.2021-ci il tarixdə müraciət edərək, Cavabdeh 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin zəbt edilmiş 2,0 ha hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və torpaq sahəsinin zəbt edilməsi nəticəsində ona dəymiş maddi ziyana görə Cavabdeh 4.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2020-ci ilin iyun ayında X4 Hacıqabul rayonu Ələtli kəndində yerləşən 11,10 hektar torpaq sahəsini satın almışdır, torpaq sahəsinin dəyərini tam ödəyərək Hacıqabul rayonu Notariat ofisində 19.02.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. 23.09.2021-ci və 24.09.2021-ci il tarixli çıxarışlara əsasən onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin 2,0 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. O, torpaq sahəsini keçmiş mülkiyyətçisi X1 aldığını və torpaq sahəsinin 2,0 ha hissəsini boşaltmağı Cavabdeh tələb etsə də, cavabdeh könüllü olaraq ona məxsus torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Torpaq sahəsindən istifadə edə bilmədiyinə görə qazan əldə edə bilməmişdir, ona maddi zərər dəymişdir. Hazırda mübahisəni sülh yolu ilə həll etməyə razıdır, zəbt edilmiş 2,0 ha torpaq sahəsinə görə cavabdeh ona 14.000 manat pul ödəyərsə, o, həmin torpaq sahəsini alqısatqı yolu ilə cavabdehin adına keçirməyə razıdır. Lakin cavabdeh bu torpaq sahəsi üçün cəmi 6.000 manat təklif edir. Bu isə məbləğ onu qane etmir. Çünki, 2,0 ha torpaq sahəsi onun bütün torpağının ən əlverişli hissəsinə düşür. Aralarında mübahisəni sülh yolu ilə həll edə bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 23.09.2021-ci və 24.09.2021-ci il tarixli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin 2,0 ha hissəsi həqiqətən də onun faktiki istifadəsindədir. Lakin o, həmin torpaq sahəsini zəbt etməmişdir. O, Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin 1,0 ha hissəsini X5 atası X2 23.10.2004-cü ildə 250.000 manata (AZM) satın almışdır. Bu barədə Hacıqabul rayonu Ələtli bələdiyyəsi tərəfindən 23.10.2004-cü il tarixdə akt tərtib edilmişdir. O, sülh yolu ilə həll etmək üçün İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin 2,0 ha hissəsini 6.000 manat ödəməklə almağa razıdır, lakin iddiaçı həmin sahə üçün 14.000 manat tələb edir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon notariat kontorunda bağlanmış 19.02.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8, X6, X9 və X10 DTXK Hacıqabul rayon şöbəsi tərəfindən 20.12.1998-ci il tarixli seriya nömrəsi JN:0016, KOD 91004058 olan dövlət aktına əsasən birgə mülkiyyətlərində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 11.1001 ha torpaq sahəsini mülkiyyətçilərin hər birinə 1.350 manat olmaqla, ümumilikdə 5400 manata İddiaçı satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.09.2021-ci il tarixli AA 621945 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0766 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri; 24.09.2021-ci il tarixli AA 621986 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı torpaq sahəsini 19.02.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrini əldə edərkən və 23-24.09.2021-ci il tarixdə mülkiyyət hüququna dair çıxarış əldə edərkən, cavabdeh ona məxsus olan torpaq sahəsindən faktiki istifadə edirdi. İddiaçı torpaq sahələri üzərində mülkiyyət hüququ 23-24.09.2021-ci il tarixdən yarandığına görə, onun əvvəlki müddət üçün dəymiş zərərin əvəzini tələb etmək hüququ olmamışdır. İddiaçı 19.10.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və torpaq sahəsindən qanunsuz istifadə nəticəsində cavabdeh tərəfindən ona 4.000 manat maddi zərər vurulmasını təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahələrini 2,0 ha hissəsindən Cavabdeh qanunsuz istifadə edir, Cavabdeh həmin torpaq sahəsinin 1,0 ha X2 Hacıqabul rayonu Ələtli kənd bələdiyyəsi M.K.Kərimovun, Cavabdeh və X3 iştirakı ilə tərtib edilmiş 23.10.2004-cü il tarixli akta əsasən aldığına iddia etsə də, həmin akt daşınmaz əmlakın alqısatqısını təsdiq edən sübut kimi qəbul edilmir və Cavabdeh mübahisəli torpaq sahəsi üzərində hər hansı bir hüquq vermir. Çünki, Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə süutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin zəbt edilmiş 2,0 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməlidir. İddia tələbi dəymiş ziyana görə 4.000 manat ödənilməsi hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin zəbt edilmiş 2,0 ha hissəsindən çıxarılsın. Torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilsin. İddia tələbi dəymiş ziyana görə 4.000 manat ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-676/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-676/2021
01.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver