Məhkəmə qərarları › İş №2(071)-702/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-702/2021

15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-702/2021 15.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun faktiki nikahdan doğulmuş övladları - 02.09.2010-cu il təvəllüdlü X4, 17.10.2011-ci il təvəllüdlü X6, 18.02.2013-cü il təvəllüdlü X1, 01.08.2015-ci il təvəllüdlü X7, 26.03.2018-ci il təvəllüdlü X8, 14.05.2020-ci il təvəllüdlü X2 və 19.07.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2009-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur, rəsmi nikah bağlamamışlar. Faktiki nikahdan onların 02.09.2010-cu il təvəllüdlü Şıxəli, 17.10.2011-ci il təvəllüdlü Nihad, 18.02.2013-cü il təvəllüdlü Nurdanə, 01.08.2015-ci il təvəllüdlü Əfsun, 26.03.2018-ci il təvəllüdlü Yusif, 14.05.2020ci il təvəllüdlü Fatimə və 19.07.2021-ci il təvəllüdlü Hüseyn adlı yeddi uşağı doğulmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayır. Cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik etmir. Mediasiya Şurasında 26.10.2021-ci il tarixdə cavabdehlə bağladıqları barışıq sazişinə əsasən cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə 2009-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur, rəsmi nikah bağlamamışlar. Faktiki nikahdan onların 02.09.2010-cu il təvəllüdlü Şıxəli, 17.10.2011-ci il təvəllüdlü Nihad, 18.02.2013-cü il təvəllüdlü Nurdanə, 01.08.2015-ci il təvəllüdlü Əfsun, 26.03.2018-ci il təvəllüdlü Yusif, 14.05.2020ci il təvəllüdlü Fatimə və 19.07.2021-ci il təvəllüdlü Hüseyn adlı yeddi uşağı doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. O, övladlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 350 manat aliment ödəməyə maddi imkanı çatır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, tərəflərin Mediasiya Şurasında 26.10.2021-ci il tarixdə bağladıqları barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.12.2010-cu il tarixli AZ-İİ 744950 nömrəli, 19.12.2011-ci il tarixli AZ-İİ 800001 nömrəli, 13.03.2013-cü il tarixli AZ-İİ 055877 nömrəli, 03.12.2015-ci il tarixli AZ-İİİ 664356 nömrəli, 10.04.2018-ci il tarixli AZ-İV 022976 nömrəli, 02.06.2020-ci il tarixli AZ-İV 444714 nömrəli və 30.07.2021-ci il tarixli AZ-İİ 581634 nömrəli, doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin faktiki nikahdan - 02.09.2010-cu il təvəllüdlü X11, 17.10.2011-ci il təvəllüdlü X13, 18.02.2013-cü il təvəllüdlü X9, 01.08.2015-ci il təvəllüdlü X14, 26.03.2018-ci il təvəllüdlü X15, 14.05.2020-ci il təvəllüdlü X10 və 19.07.2021-ci il təvəllüdlü X12 adlı yeddi övladı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. X3 Tünzalə Fərhad qızı və Cavabdeh arasında bağlanmış 26.10.2021-ci il tarixli 2021- 005586 nömrəli barışıq sazişdən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh faktiki nikahdan doğulmuş övladları - 02.09.2010-cu il təvəllüdlü X4, 17.10.2011-ci il təvəllüdlü X6, 18.02.2013-cü il təvəllüdlü X1, 01.08.2015-ci il təvəllüdlü X7, 26.03.2018-ci il təvəllüdlü X8, 14.05.2020-ci il təvəllüdlü X2 və 19.07.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa 50 manat olmaqla, cəmi 350 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 26.10.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladları - 02.09.2010-cu il təvəllüdlü X4, 17.10.2011-ci il təvəllüdlü X6, 18.02.2013-cü il təvəllüdlü X1, 01.08.2015-ci il təvəllüdlü X7, 26.03.2018-ci il təvəllüdlü X8, 14.05.2020-ci il təvəllüdlü X2 və 19.07.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladları - 02.09.2010-cu il təvəllüdlü X4, 17.10.2011ci il təvəllüdlü X6, 18.02.2013-cü il təvəllüdlü X1, 01.08.2015-ci il təvəllüdlü X7, 26.03.2018-ci il təvəllüdlü X8, 14.05.2020-ci il təvəllüdlü X2 və 19.07.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 62 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar