Məhkəmə qərarları › İş №2(071)-709/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-709/2021

20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-709/2021 20.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 03.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahından doğulmuş övladları - 12.10.2013-cü il təvəllüdlü X2 və 17.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 22.10.2012-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 12.10.2013cü il təvəllüdlü Nəriman və 17.11.2014-cü il təvəllüdlü Yusif adlı iki uşağı var. Uşaqlar onun himayəsində yaşayırlar. Hacıqabul rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli 2(071)-664/2018 nömrəli qətnaməsi ilə cavabehlə aralarında olan nikah pozulmuşdur. Cavabdeh uşaqların yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır. O, aliment almadığı üçün hazırda uşaqların maddi tələbatını ödəyə bilmir. X3 Rauf Nəhrəman oğlu bağladığı 26.10.2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə razı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları 12.10.2013-cü il təvəllüdlü X5 və 17.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.11.2013-cü il tarixli AZ-İİİ 163099 nömrəli və 02.12.2014-cü il tarixli AZ-İİİ 442742 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 12.10.2013-cü il təvəllüdlü X5 və 17.11.2014-cü il təvəllüdlü X6 adlı iki uşağı var. Hacıqabul rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli 2(071)-664/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 22.10.2012-cı il tarixdə 367 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. X1 Bəsti Məhərrəm qızı və Cavabdeh arasında bağlanmış 26.10.2021-ci il tarixli 2***-******* nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh birgə nikahdan doğulmuş övladları - 12.10.2013-cü il təvəllüdlü X5 və 17.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimenti İddiaçı ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 26.10.2021-ci il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 12.10.2013-cü il təvəllüdlü Nəriman və 17.11.2014-cü il təvəllüdlü Yusifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 12.10.2013-cü il təvəllüdlü X2 və 17.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 50 manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar