Məhkəmə qərarları › İş №2(071)-726/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-726/2022

02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-726/2022 02.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 18 dekabr 2013-cü il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmi nigah girərək ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adında iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətlərimiz pisləşmiş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-200/2015 saylı qətnaməsi ilə rəsmi nigahımız pozulmuşdur. Cavabdeh uşaqların yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır, uşaqların saxlanmasında ona heç bir köməklik etmir, o özü heç bir yerdə işləmir və uşaqları tək saxlamaq onun üçün çətindir. Hazırda cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır, cavabdeh hər ay ona hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat aliment ödəməyə razılaşmışdır. Odur ki, iddianın təmin olunmasını, alimentin xx.xx.2022-ci il tarixdən tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Bu Odur ki, alimentin xx.xx.2022-ci ildən hesablanmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli AZ-İV 665223 nömrəli, xx.xx.2021-ci il tarixli AZ-İV 665224 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh birgə faktiki nikahlarından - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki övladı var. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-200/2015 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 777 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X1 Şəhla Zabit qızı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞİH-18962 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh İddiaçı ilə birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, xx.xx.2022-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin fakitiki nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 54,24 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin fakitiki nikahdan doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 60 manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 54,24 (əlli dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının övlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar