Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-746/2022 21.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2n iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “ağalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “ağalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 doğumu ilə bağlı Cavabdeh1 tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İ 342187 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilıməsi və xx.xx.2016-cı il təvəllüdlü X2 doğumu ilə bağlı Cavabdeh1 tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-T 081515 nömrəli doğum haqqında şəhadətnamədəki X2 “ata adı” və “soyad” qrafasındakı qeydlərin etibarsız hesab edilməklə ləğv olunmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-746/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 xx.xx.2016-cı ildə doğulmuş X2 bioloji atası olub-olmamasının müəyyən edilməsi, genetik kodun öyrənilməsi yolu ilə DNT müayinəsinə əsaslanan məhkəmə-genetik ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris Birliyinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4 Təcrübə və Tədris Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 569/2022-MTBŞ nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-746/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə 12:30-a təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh2 ilə xx.xx.2016-cı ildə faktiki nikaha girərək ailə qurmuşlar. Cavabdeh2 2016-cı ilin fevral ayının sonunda İddiaçı hamilə olduğunu bildirmişdir. Cavabdeh2 İddiaçı ilə ikinci dəfə evlənmişdir. 2016-cı ilin mart ayında Şirvan şəhəri doğum evinə Sevinci müayinəyə aparmışdır. Qan analizinin nəticəsinə görə onun xroniki brusella olduğu məlum olmuş və həkim təcili müalicə olunmasını məsləhət görmüşdür. Lakin Cavabdeh2 bununla razılaşmayıb 28 aprel 2016-cı ildə Hacıqabul şəhərinə anasıgilə getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra Sevincin anası Şövkət İddiaçı zəng vurub uşağın keysəriyyə əməliyyatı ilə olmalı olduğunu bildirsə də, sonradan Sevinci onlardan xəbərsiz başqa klinikaya aparmışlar. xx.xx.2016-cı ildə Cavabdeh2 qız uşağı dünyaya gətirmişdir. 02 noyabr 2016-cı ildə İddiaçı valideynləri ilə Sevincin valideynlərinə məxsus ünvana gedərək, Sevinci valideynləri ilə öz yaşadığı evə gətirmək istəsə də, Sevinci razılaşmamışdır. Rəşad Həmsənov xx.xx.2016-cı il təvəllüdlü qız uşağının atası olması barədə razılıq verərək, bu barədə Hacıqabul şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş və uşağın adının Hülya qoyulmasını istəmişdir. Lakin Sevinc uşağın adını Lalə qoymuş və buna uyğun olaraq, Cavabdeh1 atalığın müəyyən edilməsi haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamə vermişdir. Sevinc uşağı nə nənəyə, nə babaya, nə bibiyə yaxın buraxmır, heç qucağa götürməyə də qoymur. Vaxtlı-vaxtında Lalənin alimenti Rəşadın əmək haqqından tutulsa da, aliment 5 gün gecikən kimi cavabdeh şikayət edir. Rəşadı uşaqla görüşməyə qoymur. Rəşad qızı Lalə ilə görüş üçün Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsi uşaqla görüşü Sevincin ata evində olması barədə qətnamə çıxartmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsi qərarın Lalə ilə görüşün cavabdehin ata evində olması hissəsini ləğv edib qalan hissəsini olduğu kimi saxlamışdır. Rəşad Sevincdən əvvəl evli olmuş, həmin nikahdan uşağı olmamışdır. Bu səbəbdən hesab edir ki, Rəşad Lalənin bioloji atası deyildir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə xx.xx.2016-cı il tarixdə faktiki nikaha girərək ailə qurmuşdur. Bu iddiaçının 3-cü, onun isə 2-ci evliliyi olduğundan toy etmədən öz aralarında şənlik etmişlər. Faktiki nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir uşağı var. xx.xx.2019-cu il tarixdə uşağın atalığı müəyyən edilmişdir. Hazırda o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddiaçı ona şər ataraq alimenti ödəməmək üçün uşağın atası olmadığını iddia edir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2016-cı il tarixdə faktiki nikaha girərək ailə həyatı qurmuşlar. Faktiki nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir uşağı var. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 342187 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı - xx.xx.2016-cı ildə Cavabdeh2 doğulmuş X1 atası hesab edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-T 081515 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 xx.xx.2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdeh2dır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4 Təcrübə və Tədris Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 569/2022-MTBŞ nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı ekspertizaya təqdim edilmiş xx.xx.2016-cı il təvəllüdlü X2 bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə təqdim edilmiş sübutlara, ekspertiza rəyinə məcmu halda qiymət verərək qanunvericilik aktlarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı xx.xx.2016-cı ildə Cavabdeh2 doğulmuş Həsənli (Nəzərova) Lalə Rəşad qızının bioloji atası olması təsdiq edildiyinə görə, iddia tələbi təmin edilə bilməz. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı “xx.xx.2016-cı il təvəllüdlü X2 doğumu ilə bağlı Cavabdeh1 tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İ 342187 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilıməsi və xx.xx.2016-cı il təvəllüdlü X2 doğumu ilə bağlı Cavabdeh1 tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-T 081515 nömrəli doğum haqqında şəhadətnamədəki X2 “ata adı” və “soyad” qrafasındakı qeydlərin etibarsız hesab edilməklə, ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-746/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-746/2022
21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver