Məhkəmə qərarları › İş №2(071)-78/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-78/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-78/2022 01.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Məhəmmədhəsən oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhəmmədhəsən oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X11 və X7 qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmmədhəsən oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh4, X11 və X7 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və alqı-satqı müqaviləsinin dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə 03.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh3, Cavabdeh4, X12 və X11 arasında Hacıqabul rayonu 2-ci Meynimar kəndində yerləşən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olduğuna görə Hacıqabul rayon Prokurorluğuna göndərilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhəmmədhəsən oğlu 30.12.2021-ci il tarixdə iddia predmetinin və əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 4,48 ha torpaq sahəsinin alınması üçün ödədiyi 3.300 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh4; 3.500 manat pulun müştərək qaydada cavabdehlər X3 və X4, digər çəkilmiş xərclərə görə 12.000 manat pulun, vəkil üçün ödədiyi 300 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, cəmi 19.130 manat pul ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhəmmədhəsən oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair İN-0070 kod 91004048 saylı Dövlət Aktına əsasən ayrılmış və faktiki istifadələrində olan 2.24 ha boş torpaq sahəsini 11 fevral 2015-ci il tarixdə tərtib edikləri akta əsasən 3.300 (üç min üç yüz) manata cavabdehlər Cavabdeh3 və Cavabdeh4 faktiki alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Eyni zamanda həmin dövlət aktına əsasən 2.24 ha torpaq sahəsini 3.500 (üç min beş yüz) manata cavabdehlər X4 və X3 faktiki alqı-satqı müqaviləsinə əsasən 25 may 2016-cı ildə almışdır. Buna müvafiq olaraq cavabdehlərlə aralarında akt tərtib edilmiş və tərəflər hər biri aktı imzalamışlar. Aralarındakı danışığa və razılaşmaya görə cavabdehlər özlərinə məxsus pay torpaq sahələrinin real bölgüsünü apararaq müvafiq Dövlət Reyestrindən çıxarış almalarına və notoriat orqanında alqı-satqı bağlamağa söz vermişlər. Bundan sonra cavabdehlər ona Hacıqabul rayonu X10 21.02.2015-ci və 25.05.2016-cı il tarixlərində etibarnamə vermişlər. Həmin etibarnamələrə əsasən cavabdehlər ona torpaq sahəsinə dair bütün orqanlarda sənədləşmə aparmaq, girov, ipoteka qoymaq, satmaq, bağışlamaq və sair hüquqlar vermişlər. Etibarnamələr 80 il müddətinə verilmişdir. Aralarındakı razılaşmadan və etibarnamələr verildikdən sonra uzun müddət keçməsinə baxmayaraq onlar üzərilərinə götürdükləri öhtəlikləri yerinə yetirməmişlər və yetirməkdən boyun qaçırırlar. Hətda iş üzrə Cavabdeh3 ona verdiyi etibarnamənin ləğv etdirmək niyyətində olduğundan o, Cavabdeh3 torpaq sahəsi üçün ödədiyi 6.800 manat pulu və torpaq sahəsini tam yararlı vəziyətə salmaq üçün şumlamaya, çəkilmiş arxlara, müxtəlif növ kübrələrə və uzunliqu 40 metr dəmir borudan çəkdirdiyi su xəttinə görə çəkdiyi xərcləri, ümumilikdə 18.300 manat pulu qaytarmasını tələb etmişdir. Cavabdeh3 və digər cavabdehlər onun ödədiyi pulu və çəkdiyi xərci ona ödəməkdən və torpaq sahəsini notarial qaydada onun adına rəsmiləşdirməkdən imtina etmişdir. O, üzərinə götürdüyü öhdəliyi tam həcimdə yerinə yetirsə də, cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınırlar. Odur ki, torpaq sahəsinin alınması üçün ödədiyi vəsaitin və torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb edir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh X12 19.09.2020-ci ildə ölmüşdür. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 11.02.2015-ci ildə və 25.05.2016-cı ildə tərtib edilmiş aktlara əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, X11 və X2 rayon Aqrar İslahat Komissiyasının 08.09.1997-ci il tarixli 14 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0070 kod-91004048 saylı dövlət aktına əsasən onlara məxsus Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 4,48 ha torpaq sahəsinin iddiaçıya 3.300 manat və 3.500 manat birdəfəlik pul qarşılığında satsalar da, tərəflər arasında tərtib edilmiş və imzalanmış akt notariat qaydada təsdiq edilməmişdir. Hacıqabul rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0070 kod-91004048 saylı dövlət aktından müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08.09.1997-ci il tarixli 14 saylı qərarına əsasən Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən cizgidə göstərilən sərhədlər daxilindəki 15,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3, Cavabdeh4, X11, X6 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. X13 X5 sektorunun müdiri Kamil Şükürov tərəfindən mütəxəsis rəyindən müəyyən edilir ki, 2015-ci ildən 2021-ci ilədək 4.48 ha torpaq sahəsində əkin işləri aparılmış yonca sahəsinə çəkilmiş xərclərin miqdarı, ümumilikdə 12.330 manat təşkil edir. Hazırda İddiaçı Məhəmmədhəsən oğlu iddia tələbində Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 4,48 ha torpaq sahəsinin alınması üçün ödədiyi 3.300 manatı və 3.500 manatı, həmçinin digər çəkilmiş xərclərə görə 12.330 manat pulun, ümumilikdə 19.130 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X11 və X4 müştərək qaydada tutularaq ona verilməsini tələb edir. AZEMİS-dən çap edilmiş çıxarışdan müəyyən edilir ki, X12 19.09.2020-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 11.02.2015-ci tarixli akt əsasında Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 2.24 ha torpaq sahəsini 3.300 manat, X11 və X12 25.05.2016-cı il tarixli akt əsasında Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 2.24 ha torpaq sahəsini 3.500 manat pul qarşılığında İddiaçı Məhəmmədhəsən oğluna satmışlar. İddiaçı Məhəmmədhəsən oğlu torpaq sahəsini münbit vəziyyətə gətirmək üçün 2015-ci ildən 2021ci ilədək ümumilikdə 12.330 manat xərc çəkmişdir. Məhkəmə qeyd edir ki, oazırda cavabdehlər torpaq sahəsini iddiaçının adına sənədləşdirməkdən imtina etdiklərinə görə İddiaçı Məhəmmədhəsən oğlu torpaq sahəsini almaq üçün ödədiyi vəsaitin geri qaytarılmasını və torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərcin əvəzini tələb etməkdə haqlıdır. Həsənov X1 rayonu İİ Meyniman kəndində yerləşən 4.48 ha torpaq sahəsini almaq üçün 6.800 manat pul vermiş və torpağın münbit vəziyyətə gətirilməsi üçün 12.330 manat xərc çəkmişdir. Cavabdehlərdən X12 vəfat etdiyinə görə, iddia tələbi ona qarşı olan hissədə təmin edilə bilməz. Məhkəmə sübtlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 11.02.2015-ci tarixli akt əsasında 3.300 manat, 25.05.2016-cı il tarixli akt əsasında X3 1.750 manat pul tutularaq İddiaçı Məhəmmədhəsən oğluna verilməlidir. Digər cavabdeh X12 vəfat etdiyindən 25.05.2016-cı il tarixli akt üzrə idia tələbi ona aid hisədə rədd edilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X3 12.330 manat torpaq sahəsinə çəkilmiş xərc, vəkil üçün ödənilmiş 300 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhəmmədhəsən oğluna verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 11.02.2015-ci tarixli akt əsasında 3.300 manat, 25.05.2016-cı il tarixli akt əsasında X3 1.750 manat pul tutularaq İddiaçı Məhəmmədhəsən oğluna verilsin. Digər cavabdeh X12 vəfat etdiyindən 25.05.2016-cı il tarixli akt üzrə idia tələbi ona aid hisədə rədd edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X3 12.330 manat torpaq sahəsinə çəkilmiş xərc, vəkil üçün ödənilmiş 300 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhəmmədhəsən oğluna verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar