Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-79/2022 25.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə 03.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 17.11.2019-cu il tarixli 2(071)-401/2019 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları - 14.12.2008-ci il təvəllüdlü X2 və 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarının - orta aylıq əmək haqqı 500 manat təşkil etdiyindən və hər ay iki uşağa görə tutulan alimentin miqdarı 390 manat olduğundan və ona əmək haqqının cəmi 110 manat qaldığından, başqa gəliri və ya qazancı olmaması nəzərə alınmaqla iki uşağa görə tutulan alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 17.11.2019-cu il tarixli 2(071)-401/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə onun arasında 19 iyul 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 14.12.2008-ci il təvəllüdlü X2 və 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay ondan aylıq əmək haqqının 1/3 hissəsi və əlavə olaraq hər ay bir uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanunu qüvvəyə minmiş və icraya yönəlmişdir. Hazırda həmin qətnamə icra olunur və uşaqların atası kimi ondan hər ay hər uşağa görə 195 manat aliment tutulur. O, hər ay 500 manat əmək haqqının 390 manatını iki uşağına görə aliment ödəyir, əmək haqqından ona 110 manat pul qalır. Onun qalan vəsait hesabına qoca və xəstə valideynlərinə də maddi yardım etməli olduğunu, qətnamə çıxarılarkən onun heç bir yerdən əlavə gəlirinin olmadığının nəzərə alınmadığını, uşaqların gələcəyini düşündüyü üçün qətnamədən apellyasiya şikayəti vermədiyini, hazırda cavabdehin maddi vəziyyətinin yaxşılaşdığını və onun isə əksinə maddi vəziyyətinin pisləşdiyini göstərərək, alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasının qeyrimüəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etdi, cavabdehin iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 2022-ci ildə yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir, 2022-ci ildə ötən ilə nisbətən ərzaq və uşaqların normal qidalanması və geyinməsi üçün lazım olan bütün məhsullarının qiyməti artmışdır. Bundan başqa Cavabdeh uşaqları təkbaşına böyüdür, heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. Uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 17.11.2019-cu il tarixli 2(071)-401/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları – 14.12.2008ci il təvəllüdlü X2 və 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı aylıq əmək haqqının 1/3 hissəsi və əlavə olaraq hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı azaldıla bilməz. İddiaçı cavabdehin maddi təminatının yaxşılaşdığını qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Aliment ödəmələrinin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməyib, əksinə İddiaçı əmək haqqı əvvəlki illərə nisbətən artaraq 500 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Hacıqabul rayon Məhkəməsinin 17.11.2019-cu il tarixli 2(071)- 401/2019 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları - 14.12.2008-ci il təvəllüdlü X2 və 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarının - orta aylıq əmək haqqı 500 manat təşkil etdiyindən və hər ay iki uşağa görə tutulan alimentin miqdarı 390 manat olduğundan və ona əmək haqqının cəmi 110 manat qaldığından, başqa gəliri və ya qazancı olmaması nəzərə alınmaqla iki uşağa görə tutulan alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-79/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-79/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver