Məhkəmə qərarları › İş №2(071)-792/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-792/2023

17.07.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-792/2023 17.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, kreditor Hacıqabul bələdiyyəsinin Borclu qarşı “torpaq və əmlak vergi borcunun ödənilməsi” barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Kreditor Hacıqabul bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə 2021, 2022 və 2023-cü illər üzrə 110 manat torpaq və əmlak vergi borcunun borcludan alınaraq tələbkara ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərkən müəyyən olundu ki, mövcud vəziyyətdə ərizədə göstərilən tələb üzrə məhkəmə əmri verilə bilməz. Belə ki, ərizənin məzmunundan görünür ki, tələbkar borcludan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə görə əmlak vergisinin ödənilməsini tələb etmişdir. Lakin, qeyd edilən ünvanda borclunun mülkiyyətində fərdi yaşayış evinin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardan ibarətdir: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binalara (yaşayış sahələrinə) görə əmlak vergisini həmin maddədə nəzərdə tutulmuş qaydada və dərəcələrlə ödəyirlər. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, fiziki şəxslərdən tutulan əmlak vergisi yerli (bələdiyyə) vergi növlərindən biridir və fiziki şəxslərdən əmlak vergisinin tutulması üçün həmin əmlak onun xüsusi mülkiyyətində olmalıdır. Əmlak fiziki şəxsin xüsusi mülkiyyətində olmadıqda, ondan əmlak vergisi tələb edilə bilməz. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən bu Qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər. Lakin, ünvan 1 ünvanında Borclu xüsusi mülkiyyətində yaşayış sahəsinin olubolmamasına dair tələbkar Hacıqabul bələdiyyəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edilməsi ərizəyə əlavə edilmiş sənədlərdən görünmür. Eləcə də, borclunun mülkiyyətində həmin ünvanda yaşayış sahəsinin olmasına dair mötəbər sənəd (çıxarış) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Kreditor Hacıqabul bələdiyyəsinin Borclu qarşı “torpaq və əmlak vergi borcunun ödənilməsi” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar