Məhkəmə qərarları › İş №2(071)-824/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-824/2022

17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-824/2022 17.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan uşağın ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan uşağın ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladı – xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək Cavabdeh razılığı olmadan onunla birlikdə Azərbaycan Respublikasının ərazisi hüdudlarından kənara gedibgəlməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddita tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladı var. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6797/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş övladı xx.xx.2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmışdır. Hazırda uşaq anasının yanında yaşayır. X1 ilə bağlı ümumi müayinə və müalicə olunmasından irəli gələn zərurətdən, habelə övladının dünya görüşününün artırılması və istirahət etməsi üçün müxtəlif yerlərə səyahət etməsi məqsədi ilə iddiaçı övladını özü ilə xarici ölkələrə aparmaq istəyir. İddiaçı ölkə xaricinə çıxarkən təkbaşına yox, övladı ilə birlikdə gedib-qayıtmağı düşünür. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə yetikinlik yaşına çatmayan şəxslərin ölkədən xaricə getmələri üçün hər iki valideynin razılığı tələb olunur. Bu səbəbdən iddiaçı övladının xarici ölkəyə aparıb-gətirmək üçün Cavabdeh rəsmi qaydada müraciət etmişdir. Lakin bu günədək cavabdeh iddiaçının müraciətinə hər hansı münasibət bildirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, nikah bağlandan sonra arvada Həsənli soyadı verilmişdir. 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 780131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və Həsənli (Əmirli) Çinarə Firdovsi qızının birgə nikahdan - xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladı var. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6797/2018 nömrəli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X7 anası X2 yanında saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli AZ-İ 311623 nömrəli nikahın pozulması barədə şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə 85 saylı akt qeydi ilə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Ailə Məcəlləsinin 60.1, 60.2-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeyini “Johansen Norveçə qarşı” işi üzrə xx.xx.1996-cı il tarixli qərarında (§78) da ortaya qoymuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X5 onunla birlikdə müvəqqəti olaraq xarici ölkəyə gedib-gəlməsinə icazə verməsi üçün Cavabdeh müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətinə hər hansı münasibət bildirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, uşağın yüksək maraqlarını valideynlərin maraqlarından üstün turaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X5 18 yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara (daimi əsaslar olmadan) sərbəst getməsinə icazə verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X5 (8MMMWPP) 18 (on səkkiz) yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara (daimi əsaslar olmadan) sərbəst getməsinə icazə verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar