Məhkəmə qərarları › İş №2(071)-841/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-841/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-841/2022 10.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və alimentin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2008-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-91/2021 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulan hər ay 100 manat alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı üç uşağı var. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-91/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasındakı nikah nikah pozulmuş, övladları analarının himayəsində saxlanılış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş övladı - xx.xx.2008-ci il təvəllüdlü X4 hazırda onun himayəsində yaşayır. O, uşağın himayəsinə verilməsi və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyənləşdirilmiş alimentə xitam verilməsi ilə bağlı mediasiya şurasına müraciət etmiş və xx.xx.2022-ci ildə bununla bağlı mediasiya prosesində cavabdehlə razılığa gələrək barışıq sazişi imzalamışdır. Bu səbəbdən rəsmi qaydada oğlu - xx.xx.2008-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-91/2021 nömrəli qətnaməsinə əsasən Elarizin yetkinlik yaşına çatana qədər saxlanılması üçün ayda 100 manat sabit pul məbləğində alimentin tutulmasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ 113231 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 xx.xx.2008-ci ildə Hacıqabul şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-91/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 10 saylı akt qeyd ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, aliment ödəməkdən azad edilmə tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X3 Ramiz Şabala oğlu və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞİH-18908 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh birgə nikahdan doğulmuş övladı - xx.xx.2008-ci il təvəllüdlü X1 atası İddiaçı himayəsində qalmasına etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin xx.xx.2022-ci il tarixdə bağladıqları barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X4 faktiki olaraq atası İddiaçı yanında qaldığına görə, həmin uşaq atasının himayəsinə verilməli və iddiaçı həmin uşağın saxlanması üçün cavabdehə ödədiyi 100 manat alimenti ödəməkdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin xx.xx.2022-ci il tarixdə bağladıqları barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X4 atası İddiaçı yanında qalsın. Baxışov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-91/2021 nömrəli qətnaməsinə əsasən övladı - xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat alimenti ödəməkdən xx.xx.2022-ci il tarixdən azad edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar