Məhkəmə qərarları › İş №2(071)-868/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-868/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-868/2022 18.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə Sabirabad rayonu Azadkənd icra nümayəndəliyində xx.xx.2011-ci ildə 53 saylı akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. O, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olsa da, fakitiki olaraq uşaqları ilə birlikdə atasına məxsus olan ünvan 1 ünvanda yaşayırlar. Cavabdeh uşaqların yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır. O, özü heç bir yerdə işləmir, uşaqların maddi təminatını təkbaşına ödəyə bilmir. Cavabdeh “X8” MMC-də işləyir və 300 manat əmək haqqı alır. Cavabdehin Sabirabad rayonunda əkin üçün torpaq sahələri var. Cavabdeh həmin torpaq sahələrini əkərək uşaqlarına aliment ödəyə bilər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2011-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladı var. Onun hər ay hər uşağa 193 manat aliment ödəməyə imkanı yoxdur. “X8” MMC-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Qaz İxrac İdarəsinin X5 Kəməri sahələri üzrə Sabirabad rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışır və aylıq əmək haqqı 283 manat təşkil edir. Sabirabad rayonu ərazisində olan 50 sot torpaq sahəsi var. Həmin torpaq sahəsini əkməyə imkanı yoxdur və icarəyə də verə bilmir. Odur ki, uşaqlarının saxlanılması üçün hər ay əmək haqqısının 1/3 hissəsini aliment ödəməyə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sabirabad rayon Azadkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verdilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 901597 nömrəli və xx.xx.2016-cı il tarixli AZ-İİİ 767063 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladı var. “X8” MMC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh “X8” MMC-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Qaz İxrac İdarəsinin X5 Kəməri sahələri üzrə Sabirabad rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışır və aylıq əmək haqqı 300 manat təşkil edir. Tərəflərin bildirdiyinə görə Cavabdeh mülkiyyətində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - qalan hissəsində rədd edilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar