Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-87/2022 12.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 17.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları - 09.07.2004cü il təvəllüdlü X2, 01.02.2006-cı il təvəllüdlü X6 və 18.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə onun birgə nikahından 09.07.2004-cü il təvəllüdlü X5, 01.02.2006-cı il təvəllüdlü X8 və 18.05.2015-ci il təvəllüdlü X7 adlı üç uşağı var. Hazırda uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik etmir. O, aliment tələbi üçün Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh ilə aralarında bağlanan 15 noyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh hər ay hər uşağa 40 manat aliment ödəməyə razı olmuşdur. Cavabdeh razılaşdıqları aliment məbləğini bu günə kimi ödəmişdir. Odur ki, iddianın təmin edilməsini və aliment tutulmasının əvvəlinin 12.01.2022-ci ildən hesablanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları 09.07.2004-cü il təvəllüdlü X5, 01.02.2006-cı il təvəllüdlü X8 və 18.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Bu günə kimi razılaşdıqları alimenti ödəmişdir. Odur ki, iddianın təmin edilməsini və aliment tutulmasının əvvəlinin 12.01.2022-ci ildən hesablanmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 09.07.2004-cü il tarixli AZ-İ 169965 nömrəli, 04.02.2006-cı il tarixli AZ-İ 719356 nömrəli və 02.06.2015-ci il tarixli AZ-İİİ 443004 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 09.07.2004-cü il təvəllüdlü X5, 01.02.2006-cı il təvəllüdlü X8 və 18.05.2015-ci il təvəllüdlü X7 adlı üç övladı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. X3 Elnurə Telman qızı və Cavabdeh arasında bağlanmış 15.11.2021-ci il tarixli 2021-007171 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh birgə nikahdan doğulmuş övladları - 09.07.2004-cü il təvəllüdlü X5, 01.02.2006-cı il təvəllüdlü X8 və 18.05.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdi və hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 manat aliment ödəməyə razı olduğunu bildirdi. Cavabdeh bu günə kimi razılaşdıqları alimenti iddiaçıya ödəmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 15.11.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 09.07.2004-cü il təvəllüdlü X2, 01.02.2006-cı il təvəllüdlü X6 və 18.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 12.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 09.07.2004-cü il təvəllüdlü X2, 01.02.2006-cı il təvəllüdlü X6 və 18.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 12.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 40 manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-87/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-87/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver