Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-887/2022 15.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası MPMin 114.1.5-ci maddəsinə əsasən iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 50 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 114.1.5, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC-nin K0144012 nömrəli terminalı vasitəsilə xx.xx.2022-ci il tarixli 8829 nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-887/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-887/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver