Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-950/2024 08.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ildə qeyri-rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan övladı xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş X1 doğum haqqında akt qeydi xx.xx.2020-ci ildə 216 nömrəsi ilə rəsmiləşdirilmiş və Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-Vİ No 435719 saylı “doğum haqqında şəhadətnamə” verilmişdir. Tərəflər arasında ailə münasibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaqları artıq mümkünsüz hal almışdır. Cavabdeh daimi olaraq İddiaçı ilə mübahisələr etdiyi üçün iddiaçı Şirvan şəhərində kirayə ev tutaraq daimi yaşadığı yerdən ayrılmış və hazırda kirayə tutduğu evdə övladı ilə birlikdə ayrı yaşayır. Cavabdeh yalnız uşağın doğumuna maddi köməklik göstərmiş, bundan sonra uşaq ilə maraqlanmamış, qidalanmasına və s. heç bir maddi köməklik göstərməmişdir. Tərəflər arasındakı ailə münasibətləri hazırda formal xarakter daşıyır. Əlavə olaraq bildirmişdir ki, uşağın saxlanılması barədə tutulacaq alimentin məbləği barəsində cavabdehlə iddiaçı arasında saziş bağlanılmamış, yaxud da ümumi razılıq əldə olunmamışdır. Cavabdeh rəsmi iş yeri olmasa da o, Ağsu rayonunda fəhləlik edərək fərdi əməklə məşğul olur, buna baxmayaraq uşağın saxlanılmasında iştirak etmir və bu səbəbdən alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, xx.xx.2020-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, cavabdeh övladı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 200 manat sabit pul məbəğində alimentin ödənilməsinə razıdır. Həmçinin bütün məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 200 manat sabit pul məbəğində alimentin tutulmasına razıdır. Həmçinin bütün məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. Məhkəmə ərizələri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İV 435719 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin qeyrirəsmi nikahından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları var. İşin mübahisəsiz halı odur ki, tərəflərin qeyri-rəsmi nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X2 hazırda anası İddiaçı yanında qalır və o, azyaşlı olmaqla ananın qayğısına ehtiyacı olduğundan mütəmadi olaraq iddiaçının nəzarəti altındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, işin faktiki hallarını və hər bir valideynin uşağı saxlamaq vəzifəsi olmasını, tərəflərin aliment məbləği ilə bağlı ərizələrini, eləcə də uşağın saxlanması üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(071)-59/2024 nömrəli qərardadı ilə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını nəzərə alaraq qeyd edir ki, qətnamə ilə alimentin tutulması məhkəmənin xx.xx.2024-cü il tarixli, 16(071)-59/2024 nömrəli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(071)-59/2024 nömrəli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2024-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-950/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-950/2024
08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver