Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-375/2023 04.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 30 noyabr 2008-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 16 avqust 2009-cu ildə “Fidan”, 25 avqust 2010-cu ildə “Firat” və 15 iyul 2013-cü ildə “Nihat” adlı 3 (üç) uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-029/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, birgə nikahlarından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh öz doğma uşaqlarının qayğıları ilə maraqlanmır, onlara ata qayğısı, nəvazişi göstərmir. Özü heç bir yerdə işləmir. Təbii ki, uşaqların böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqlar orta məktəbdə təhsil alır, onları saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Əhmədxan yetkinlik yaşına çatmayan uşaqları Fidana, Firata və Nihata layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Düzdür, valideynləri ona maddi cəhətdən köməklik edir. Lakin bu hal Əhmədxannı bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onların qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bütün bunlara baxmayaraq, o, Cavabdeh maddi imkanını nəzərə alaraq, hər ay qazancından ümumilikdə 660 (altı yüz altmış) AZN sabit pul məbləğində deyil, 210 (iki yüz on) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsini tələb edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, birgə nikahlarından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 70 (yetmiş) AZN sabit pul məbləğində, ümumilikdə 210 (iki yüz on) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 30 noyabr 2008-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 16 avqust 2009-cu ildə “Fidan”, 25 avqust 2010-cu ildə “Firat” və 15 iyul 2013-cü ildə “Nihat” adlı 3 (üç) uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-029/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, birgə nikahlarından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında qalması qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, maddi imkanı daxilində hər zaman ailəyə, o cümlədən, yetkinlik yaşına çatmayan uşaqlarına maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş, ailənin maddi ehtiyaclarını qarşılamış və ailənin qayğısına qalmışdır. Ümumiyyətlə, o, bir valideyn kimi uşaqları X4, X5 və X6 baxmaqdan, o cümlədən, onların saxlanması üçün aliment ödəməkdən imtina etmir. Hər zaman uşaqlarına baxmağa və onların maddi, mənəvi ehtiyaclarını qarşılamağa hazırdır. Bu səbəbdən də, İddiaçı ona qarşı irəli sürdüyü “aliment” tələbinə dair iddianı qəbul edir. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilərək, birgə nikahlarından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə 70 (yetmiş) AZN sabit pul məbləğində, ümumilikdə 210 (iki yüz on) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 357136 №-li, 04 dekabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 16 avqust 2009-cu ildə “X7” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 520176 №-li, 22 sentyabr 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 25 avqust 2010-cu ildə “X8” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 129338 №-li, 07 avqust 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 15 iyul 2013-cü ildə “X9” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-029/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikaha xitam verilməsi, birgə nikahlarından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 446969 №-li, 11 aprel 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 11 aprel 2023-cü il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 14 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də, aliment verməyə borclu olan cavabdehin aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 16 may 2023-cü il tarixdən etibarən hər bir uşağa görə 70 (yetmiş) AZN sabit pul məbləğində, ümumilikdə 210 (iki yüz on) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 16 avqust 2009-cu ildə anadan olmuş X1, 25 avqust 2010-cu ildə anadan olmuş X2 və 15 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 16 may 2023-cü il tarixdən etibarən hər bir uşağa görə 70 (yetmiş) AZN sabit pul məbləğində, ümumilikdə 210 (iki yüz on) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-375/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-375/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver