Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-737/2024 04.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 ilə 06 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 04 aprel 2012-ci il tarixdə “Fatimə” adlı 1 (bir) qız uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3514/2013 saylı, 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında bağlanmış rəsmi nikahına xitam verilməsi, onların rəsmi nikahından 04 aprel 2012-ci ildə anadan olmuş X6 (ana) X3 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) X3 qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, X3 müraciətinə əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-6439/2023 saylı, 04 dekabr 2023 tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3514/2013 saylı, 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 150 (yüz əlli) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızı ilə 07 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 23 oktyabr 2015-ci il tarixdə “Yaqub” adlı 1 (bir) oğlan uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-569/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X4 arasında bağlanmış rəsmi nikahına xitam verilməsi, onların rəsmi nikahından 23 oktyabr 2015-ci ildə anadan olmuş X9 (ana) X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 154 (yüz əlli dörd) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) X1 qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızının müraciətinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1044/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-569/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi və cavabdeh İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı X10 ilə 04 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 31 mart 2014cü il tarixdə “Uğur”, 23 dekabr 2018-ci il tarixdə “Ömər” və 17 may 2021-ci il tarixdə “Arda” adlı 3 (üç) uşaqları anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 (min doxsan bir, otuz altı) AZN məbləği təşkil edir. İddiaçı hər ay aylıq pul təminatının ¼ hissəsi miqdarında aliment tutularaq, keçmiş arvadı Cavabdeh xeyrinə və 70 % hissəsi ödənilməmiş aliment borcuna görə tutularaq, keçmiş arvadı X3 xeyrinə ödənilir. Belə ki, İddiaçı aylıq pul təminatından hər ay 70 % hissəsinin ödənilməmiş aliment borcuna görə tutulduğuna görə cavabdeh X2 qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-1044/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qaydasının dəyişdirilərək, hər ay qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin tutulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 noyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) “VERDİKTUM” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı nümayəndəsi (vəkil) “VERDİKTUM” Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 noyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızı iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X4 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, cavabdeh X4 vəsatət ilə məhkəməyə müraciət edərək, iddia tələbini rədd etdiyini və müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Onu da qeyd etmişdir ki, bu müddət ərzində İddiaçı ödədiyi aliment hesabına yetkinlik yaşına çatmayan uşaqları Yaqubun tələbatı tam ödənilmir və bu səbəbdən də, özü kiçik bir salonda “saç ustası” kimi işləmək məcburiyyətində qalmışdır. Bundan başqa, övladları Yaqub “skolioz” xəstəliyindən əziyyət çəkir və müalicəsi üçün həkim tərəfindən müəyyən kurs müalicə təyin edilir. Müalicənin aparılması üçün hər ay müəyyən məbləğdə pul vəsaiti lazım olur. Xəstəliyi ilə bağlı, həkim məsləhəti ilə övladları Yaqubu üzgüçülük kursuna yazdırmışdır. Bundan başqa, uşaqları Yaqub orta məktəbdə təhsil, onun gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Əgər bir şəxs 2-3 dəfə nikaha daxil olaraq, ailə qurursa, o, bunun məsuliyyətini dərk etməli və gələcəkdəki hüquqi nəticələri nəzərə almalıdır. Hesab edir ki, aliment məbləğinin azaldılması və ya ödənilməsi qaydasının dəyişdirilməsi məqsədəuyğun deyildir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxs X8 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-569/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış rəsmi nikaha xitam verilməsi, rəsmi nikahlarından 23 oktyabr 2015-ci ildə anadan olmuş X9 (ana) X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 154 (yüz əlli dörd) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) X1 qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1044/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 569/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi və cavabdeh İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6439/2023 saylı, 04 dekabr 2023 tarixli qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3514/2013 saylı, 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarının 150 (yüz əlli) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 354327 №-li, 04 avqust 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında 04 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 2192 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan AA0787700 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 31 mart 2014cü ildə “X15” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan AA5068051 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 23 dekabr 2018-ci ildə “X16” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan AA5392531 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 17 may 2021ci ildə “X17” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin 7 saylı, 31 avqust 2024-cu il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 (min doxsan bir, otuz altı) AZN məbləği təşkil edir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75243412E saylı, 12 avqust 2020-ci il tarixli məktubuna əsasən cavabdeh İddiaçı hər ay qızancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilir. Bundan başqa, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024-7C saylı, 12 aprel 2024-cü il tarixli məktubuna əsasən cavabdeh İddiaçı yığılmış aliment borcu ödənilənədək, hər ay aylıq pul təminatından 70 % tutularaq, X3 hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin 1831 saylı, 25 oktyabr 2024-cu il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 (min doxsan bir, otuz altı) AZN məbləği təşkil edir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75243412E saylı, 12 avqust 2020-ci il tarixli məktubuna əsasən cavabdeh İddiaçı hər ay qızancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, yəni 272.84 (iki yüz yetmiş iki, səksən dörd) AZN məbləğində aliment tutularaq, Cavabdeh ödənilir. Bundan başqa, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024-7C saylı, 12 aprel 2024-cü il tarixli məktubuna əsasən cavabdeh İddiaçı yığılmış aliment borcu ödənilənədək, hər ay aylıq pul təminatından 70 % tutularaq, X3 hesabına ödənilməlidir. Birinci alimentə görə pul təminatının 25 %-i tutulduğuna görə X7 aylıq pul təminatından 45 %, yəni 491.11 (dörd yüz doxsan bir, on bir) AZN məbləğində aliment ödənilir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024-7C saylı, 10 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1044/2020 saylı, 19 mart 2020-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6439/2023 saylı, 04 dekabr 2023 tarixli icra sənədlərinə əsasən borclu İddiaçı 13400 (on üç min dörd yüz) AZN məbləğində aliment borcu mövcuddur. Bu səbəbdən də, aliment borcu tam ödənilənədək X12 çatacaq pul məbləğinin 70 %-nin, aliment borcu məbləği bitdikdən sonra icra sənədi üzrə hər ay 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, X3 xeyrinə ödənilməsinin təmin edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin rəhbərliyindən xahiş olunmuşdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçı”sıdır və pensiya məbləği 80 (səksən) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, X1 rəsmi gəliri yoxdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, X8 "xxxx" MMC-də “satış agenti” vəzifəsində işləyir və əmək haqqısı 442 (dörd yüz qırx iki) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı rəsmi nikahlarından anadan olmuş 23 oktyabr 2015-ci il təvəllüdlü X9 mənafeyi baxımından deyil, məhz hüquqdan sui-istifadə edərək, qərəzli şəkildə, uşağın mənafeləri üstün tutulmadan şəxsi mənafeyi baxımından, yəni aliment ödənilməsinə kifayət qədər məbləğdə qazancı olduğu halda digər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, lakin ödənilməyən, yığılmış aliment borcunun ödənilməsinin təmini üçün (aliment öhdəliyinin yüngülləşdirilməsi...) cavabdeh Məmmədova (Həsənova) Güllər qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbini irəli sürmüşdür. Bu səbəbdən də, qeyd edilən bu hallar alimentin tutulma qaydasının dəyişdirilməsi üçün əsaslı hesab edilə bilməz və iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Lakin İddiaçı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbi sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirmək məqsədi daşımır. Bundan başqa, məhkəmə “alimentin tutulma qaydasının dəyişdiriləcəyi təqdirdə bunun İddiaçı üçüncü rəsmi nikahından anadan olmuş uşaqlara təsiri” ilə qeyd edir ki, iddiaçının üçüncü rəsmi nikahından anadan olmuş uşaqları faktiki olaraq hər iki valideynin yanında qaldıqları üçün onlar bilavasitə və birbaşa ana-ata qayğısı və nəvazişi ilə əhatə olunurlar. Yəni həmin uşaqlar öz valideynləri ilə birgə bütöv bir ailədə yaşayır, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları bilavasitə himayəsində olduqları hər iki valideyn tərəfindən qarşılanır, başqa sözlə valideynlərinin qayğısından real şəkildə istifadə edirlər. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə və uşaq hüquqlarının müdafiəsi ilə beynəlxalq normalara əsasən uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi onu deməyə əsas verir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşür və bu zaman yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması nəzərə alınmalıdır. Qeyd edilən bu hallar nəzərə alınmaqla, alimentin tutulma qaydasının dəyişdirilməyəcəyi təqdirdə bunun hər iki valideyn ilə birlikdə yaşayan uşaqlara mənfi təsiri olmayacaq, tam əksinə alimentin tutulma qaydasının dəyişdiriləcəyi və (və ya) alimentin miqdarının azaldılacağı təqdirdə bunun valideyndən ayrı yaşayan uşağın maddi vəziyyətinə mənfi təsiri olacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Bu Məcəllənin vəzifələrindəndir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbi hüquqdan sui-istifadə edilərək, qərəzli şəkildə, uşağın mənafeləri üstün tutulmadan və yalnız şəxsi mənafe baxımından digər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, lakin ödənilməyən, yığılmış aliment borcunun ödənilməsinin təmini məqsədi daşıdığı üçün İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-737/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-737/2024
04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver