Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Cəlilabad rayonu İş № 2(073)-1007/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Kreditor X1 Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin əlavə olunmuş sənədləri nəzərdən keçirib Müəyyən etdim: Kreditor X3 ərizə ilə məhkəməyə müraciət edərək, 1970 (bir min doqquz yüz yetmiş) manat borcun və 100 (bir min) manat dövlət rüsumunun Borclu tutulub X2 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, tələbin təmin olunması barədə məhkəmə əmri verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdəəsaslanırsa, məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Borclu ilə X3 arasında 06 avqust 2021-ci il tarixli, 3289 saylı, 06 avqust 2021-ci il tarixli, 3290 saylı, 12 avqust 2021-ci il tarixli, 3300 saylı və 15 noyabr 2021-ci il tarixli, 3408 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin 06 avqust 2021-ci il tarixli, 3289 saylı müqaviləyə əsasən borcluya 10 ay müddətinə, ayda 45 manat ödəmək şərtilə 500 manat məbləğində, 06 avqust 2021-ci il tarixli, 3290 saylı alqı-satqı müqaviləyə əsasən borcluya 10 ay müddətinə, ayda 50 manat ödəmək şərtilə 680 manat məbləğində, 12 avqust 2021-ci il tarixli, 3300 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, ayda 72 manat ödəmək şərtilə 970 manat məbləğində və 15 noyabr 2021-ci il tarixli, 3408 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, ayda 63 manat ödəmək şərtilə 850 manat məbləğində məişət avadanlıqları verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq ödənişləri kredit müqaviləsindfə nəzərdə tutulmuş qaydada həyata keçirməmiş və nəticədə hazır ki borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu müqavilə üzrə yaranmış borcu ödəməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-282-ci maddəlrini rəhbər tutaraq Əmr verdim: xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Cəlilabad rayonu, Zəhmədabad kəndində qeydiyyatda olan və yaşayan Borclu 1970 (bir min doqquz yüz yetmiş) manat borcu və 100 (bir yüz) manat dövlət rüsum tutularaq ünvan 1 ünvanında yaşayan kreditor X2 ödənilsin. Borrclu mıəhkəmə əmrini aldıqdan 10 (on) müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etirqaz edilə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1007/2023
Cəlilabad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(073)-1007/2023
10.04.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver